28 
May
2022
21:25
157
24
1444
Virtual karabakh

“Aplus” Müstəqillik Günündə daha bir filialını istifadəyə verdi - FOTO/VİDEO

28 May, 2022
21:25
1444

“Aplus” Müstəqillik Günündə daha bir filialını istifadəyə verdi - FOTO/VİDEO

Mayın 28-də Bakı Şəhəri Xətai rayonu Zığ şossesi 32 ünvanında sayca 6-cı olan “Aplus” mağazasının açılışı baş tutub.

Yeni açılan mağazada 30 mindən çox qida və qeyri-qida məhsulları müştərilərə təqdim edilib.  Açılışda qəsəbə sakinləri, şəbəkənin Baş ofisinin əməkdaşları, eləcə də, partnyor şirkətlərin nümayəndələri iştirak ediblər. Açılış münasibəti ilə sakinlərə çoxsaylı bağlamalar və endirimli məhsullar təqdim olunub.

“Aplus” supermarketlər şəbəkəsinin icraçı direktoru Cavidan Quluzadə bu filialı vətəndaşların xidmətinə verməkdən məmnun olduğunu bildirib.

Qeyd edib ki, bu açılışın qəsəbə əhalisi üçün mühüm hadisə olacağına inanır:

“Yeni mağazamızın açılışı qəsəbədə rəqabət mühitini daha da şəffaflaşdıracaq ki, bu da xidmət səviyyəsinin yüksəlməsinə və əhalinin daha sərfəli şərtlərlə gündəlik tələbat məhsulları əldə etməsinə şərait yaradacaqdır.

Mağazamızda müştərilərə rahat seçim üçün xüsusi şərait yaradılıb. Belə ki, mağazamızda otuz mindən çox məhsul var. Əziz müştərilərimiz, mağazamızda hər zaman sərfəli və zövqlü alış-veriş edə bilərlər”.

Qeyd edək ki, “Aplus” supermarket 2018-ci ildən Bakı şəhərində fəaliyyətə başlayıb. “Aplus” supermarketi Bakıxanov, Sulutəpə, Əhmədli, Ramana, Masazır qəsəbələrində fəaliyyət göstərir.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri