29 
May
2022
10:19
123
71
2302
Virtual karabakh

“Gazelli Group” 28 May - Azərbaycanın Müstəqillik Günü münasibəti ilə yeni məhsullarını təqdim edib - FOTO

29 May, 2022
10:19
2302

“Gazelli Group” 28 May - Azərbaycanın Müstəqillik Günü münasibəti ilə yeni məhsullarını təqdim edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

VƏTƏNPƏRVƏR RUHDA DAHA BİR PARFÜM

Cənubi Qafqazın ilk təbii kosmetika istehsalçısı olan “Gazelli Group” şirkəti Müstəqillik Gününə özəl ölkəmizin zəngin tarixi və mədəniyyətinə ithafən kişilər üçün yeni “DASTAN – LAND OF FİRE” ətrini təqdim edib.

“Adore”da “Made in Azerbaijan” tədbiri çərçivəsində baş tutmuş təqdimat mərasimində çıxış edən “Gazelli Group” şirkətinin direktoru Nərmin İsmayılova bildirib ki, parfüm üçün məhz bu adın seçilməsi təsadüfi deyil:

“Axı məlumdur ki, Azərbaycan adının özü orta fars dilindən tərcümədə “Əbədi Odlar Yurdu” deməkdir. Yeni ətir də məhz ölkəmizin qeyri-adi gözəl və zəngin təbiətindən ilhamlanaraq yaradılıb”.

Qeyd edək ki, “DASTAN LAND OF FİRE” “Gazelli Group” şirkəti tərəfindən keçən il tarixi qələbəmiz və qüdrətli ordumuzun şərəfinə yaradılmış “DASTAN” ətrinin qürurlu davamıdır. Parfümun kompozisiyası ilk olaraq berqamotla dəniz notlarının qarışığını ortaya qoyur. Bu notlar xurma, muskat, sümbül, qızılgül, jasmin və rozmarin notlarına qarışaraq, müşk, paçuli və sidr notları ilə aromatik simfoniyanı tamamlayır. Azərbaycanın zəngin çoxəsrlik tarixindən ilhamla dolu orijinal “DASTAN LAND OF FİRE” ətri əsl vətənpərvər insanların sadiq yoldaşına çevriləcək.

“GAZELLİ GROUP”DAN DAHA BİR YENİLİK “BY RUKHA” BRENDİ İLƏ BAĞLIDIR

Şirkət “By Rukha” dekorativ kosmetika brendinin çeşidlərini 4 yeni məhsulla genişləndirib:

“Plumping Lips By Rukha” - həcmi artırma effekti ilə dodaq parıldadıcısı

Məhsulun əsas üstünlüyü ani nəticədir.Tərkibindəki qırmızı bibər ekstraktı dodaqlarda qan dövranını əhəmiyyətli dərəcədə yaxşılaşdırır, nəticədə gözəl həcm yaranır.

Dodaq parıldadıcısı iki çalarda təqdim olunur: ağılları dumanlaşdıran qırmızı və son illərdə gözəllik dünyasının trendinə çevrilən – nyud rəngi. Bu məhsulun digər çox vacib xüsusiyyəti suya davamlı olmasıdır. Dəriyə qulluq da təqdim edilən yeni məhsulların əsas göstəricilərindəndir. Dodaq dərisinin nəmləndirilməsini lazımi səviyyədə saxlayan hialuron turşusu buna cavabdehdir. Məhsulun tərkibindəki innovativ peptid isə həcm verməklə yanaşı, dodaqların dərisini yumşaldır, yaşlanmasına və laxlaşmasına qarşı təsir göstərir.

“Expressive Eyes By Rukha” - maye göz kölgəsi

“By Rukha” seriyasındakı başqa bir yenilik “Expressive Eyes” maye göz kölgələridir. Məhsul iki tonda təqdim olunur - ağ və qara.

“Expressive Eyes” “By Rukha” maye göz kölgələrinin  üstünlükləri:

• tətbiqi asandır

• yuvarlanmır

• parçalanmır və tökülmür

• qıvrımlarda yığılmır

• qalıcıdır, gün ərzində korreksiyaya ehtiyacı yoxdur

“Gazelli Group”un bütün brendlərini olduğu kimi, təqdim edilən yeni məhsullarını da artıq “ADORE”, “SABİNA” mağazalar şəbəkələri və “GAZELLİ SHOP”dan əldə etmək mümkündür.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri