30 
May
2022
16:28
97
6
1169
Virtual karabakh

“Sərhədçi” İdman Olimpiya Mərkəzində kunq-fu üzrə keçirilən respublika çempionatı uğurla başa çatıb - FOTO

30 May, 2022
16:28
1169

“Sərhədçi” İdman Olimpiya Mərkəzində kunq-fu üzrə keçirilən respublika çempionatı uğurla başa çatıb - FOTO

28-29 may tarixlərində “Sərhədçi” İdman Olimpiya Mərkəzində Gənclər və İdman Nazirliyinin, həmçinin Bakı Gənclər İdarəsinin dəstəyi, Azərbaycan Kunq-Fu Federasiyasının təşkilatçılığı ilə gənclər, yeniyetmələr və böyüklər arasında respublika çempionatı keçirilib.

Federasiyanın vitse-prezidenti, beşqat dünya çempionu Ehram Məcidovun verdiyi məlumata görə, yarışda 30-dan çox klub, 400-ə yaxın idmançı iştirak edib. Yarış Azərbaycanın Müstəqillik Gününə, 44 günlük Vətən müharibəsində həlak olmuş şəhidlərimizin xatirəsinə həsr edilib. Mərasimdə federasiyanın prezidenti Nurlan Aslanov yarışı açıq elan etdikdən sonra Azərbaycan Dövlət Himni səsləndirilib, çıxışlar olunub.

Yarışda şəhid anaları, millət vəkilləri, “Dayaq” Vətən Müharibəsi Qazilərinə və Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə bərabər, çox sayda qazilər, bir çox dünya çempionları, tanınmış şəxslər iştirak ediblər. Yarışın açılış mərasimində “Kunq-Fu Tao”çular bir-birindən maraqlı fəndlər göstəriblər.

Mərasimdən sonra kunq-fuçular final döyüşlərində respublika birinciliyinin qaliblərini müəyyən etmək üçün rinqdə mübarizə aparıblar. Yarışda idmançıların mübarizələri çox gərgin keçib. Yarış uğurla başa çatdırılıb, yarışın qalibləri müəyyənləşdirilib.

+18/ 56 kq 

1. Həsənov Səxavət 
2. Mehdiyev Mətin
3. Əliyev Elmar

+18/ 60 kq

1. Şəmiyev Zabeh
2. Bayramov Əşrəf
3. Abbasov Vilayət

+18/ 65kq

1. Mikayılov Toğrul
2. Vəliyev Anar
3. Rzayev Səxavət

70 kq

1. Şabanov İsrafil
2. Orucov Bəxtiyar
3. Tarverdiyev Elmir

75 kq

1. Orucov Ellər 
2. Ramazanov Səxavət
3. Vəliyev Elməddin

80 kq

1. Osmanov Yerkin
2. Əkbərov Əjdər
3. İbrahimov Toğrul

85 kq

1. Hüseynov Tural
2. Rzayev İqbal
3. İsmayılov İbrahim

90 kq 

1. Vəlizadə Peyman
2. Əliyev Məhəmməd
3. Şirinov Turan

+90 kq 

1. Sadıqzadə  Ağalar
2. Cəbrayılov Azər
3. Məmmədov Tural.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri