İyn
2022
10:00
134
5
541
Virtual karabakh

“Soliton” Mağazalar Şəbəkəsi şəhid övladlarını sevindirdi - FOTO/VİDEO

1 İyn, 2022
10:00
541

“Soliton” Mağazalar Şəbəkəsi şəhid övladlarını sevindirdi - FOTO/VİDEO

“Soliton” Mağazalar Şəbəkəsi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin övladları üçün əyləncəli tədbir həyata keçirdi.

Tədbirin təşkilinə həssas və diqqətlə yanaşan “Soliton” komandası uşaqların maraqlı gün keçirməsi üçün əyləncəli proqramlar və oyunlar təşkil edib. Tədbir üçün müxtəlif obrazlı qəhrəmanlar uşaqlarla birlikdə rəqs edib, oyunlar oynayıblar. Tədbirin bir hissəsi olan “Food Blogger” Nigar xanımla birlikdə uşaqlar üçün master klass keçirilib və ləzzətli kokteyllər hazırlanıb.

Şirkətin açıqlamasında bildirilir:

“Soliton” şirkəti olaraq bu tədbirə sevgi və diqqətlə yanaşdıq. Vətən uğrunda canından keçən hər bir qəhrəmanımızın övladı bizim üçün çox dəyərlidir. Ümid edirik ki, birlikdə keçirdiyimiz bir gün ərzində onlar üçün xoş xatirə yarada bildik. Uşaqlar bizim gələcəyimizdir və gələcək onların əlindədir. Atdıqları hər addımda onlara dəstək olmaq, onları qorumaq, sevgi ilə böyümələrinə dəstək olmaq bizim borcumuzdur. Bütün uşaqları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edirik”.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri