İyn
2022
12:09
77
9
2068
Virtual karabakh

“Bakcell” “eSIM” istifadəyə verdi: Azərbaycanda ilk - VİDEO

1 İyn, 2022
12:09
2068

“Bakcell” “eSIM” istifadəyə verdi: Azərbaycanda ilk - VİDEO

“Bakcell” şirkətinin abunəçiləri Azərbaycanda ilk dəfə olaraq “eSIM” istifadə edəcəklər. Bununla da plastik SIM karta ehtiyac qalmayacaq.

Yeni nəsil SIM texnologiyası olan “eSIM” “Bakcell” abunəçilərinə mobil şəbəkəyə qoşulmanı və rabitə xidmətlərindən istifadəni xeyli sadələşdirən yeni imkanlar yaradır. “eSIM” vasitəsilə tək SIM kartlı smartfonlarda bir neçə nömrədən istifadə etmək mümkündür.

“Bakcell” virtual SIM kartını almaq və ya mövcud “Bakcell” nömrəsini virtual SIM karta keçirmək üçün “Bakcell”in rəsmi satış mərkəzlərindən birinə yaxınlaşıb nömrənin QR kodunu telefonla skan etmək lazımdır.

Smartfonunuzun “eSIM” texnologiyasını dəstəkləməsini yoxlamaq və xidmət barədə daha ətraflı məlumat almaq üçün https://www.bakcell.com/az/esim səhifəsinə keçin.  

Qeyd edək ki, bu, “Bakcell” tərəfindən son bir ay ərzində tətbiq olunan ikinci nəhəng texnoloji yenilikdir. Bu yaxınlarda şirkət tərəfindən Azərbaycanda ilk dəfə olaraq VoLTE texnologiyası istifadəyə verilib. 

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri