17 
İyn
2022
12:39
23
70
2307
Virtual karabakh

“Pal Zileri”: Yüksək zövqün rəmzi - FOTO

17 İyn, 2022
12:39
2307

“Pal Zileri”: Yüksək zövqün rəmzi - FOTO

“Pal Zileri” brendinin təsisçiləri qarşılarına dəbli, fərqli, digər mağazalarda satılan geyimlərə oxşamayan, lakin keyfiyyətinə görə fərdi tikilən kostyumlara bərabər olan geyimlər yaratmaq məqsədi qoyub və bu məqsədə çatıblar. Bu gün “Pal Zileri” dünyanın 80-dən artıq ölkəsində təqdim olunur və xüsusilə brend üçün yaradılan eksklüziv parçalar, mükəmməl biçim və nəciblik ilə fərqlənir.

“Pal Zileri” brendinin kişi geyimlərinə özünəməxsus baxışı var. Onun əsasını İtaliya tikiş ustalığı ənənələrinin müasir texnologiyalarla birləşməsi təşkil edir.

40 illik tarixi müddətində Pal Zileri özünü keyfiyyət və yüksək status rəmzi kimi təqdim etməyi bacardı. “Pal Zileri” aksesuarlardan tutmuş ayaqqabı və kostyumlaradək hər cür kişi geyimi yaradaraq, bu günə kimi, məhsulları yalnız İtaliyada, əl işindən istifadə olunaraq, istehsal edir. 
Yaz-Yay 2022 kolleksiyasında brend həm gündəlik geyimlərə, həm istirahət obrazlarına yer verib.

Trikotaj yaxalı zolaqlı mavi köynək, cins şalvar və mavi dəri snikerslər yay mövsümündə dəfələrlə sizin seçiminiz olacaq.

Krem rəngli şort və açıq mavi trikotaj polo isə, ağ snikerslərlə isti günlərdə sevimli istirahət dəstinizə çevriləcək.

Tətil arası gözlənilməz işgüzar görüş yaranarsa, tünd mavi şalvar, açıq mavi köynək, dama-dama pencək və dəri mokasinlərdən ibarət obraz tam yerinə düşəcək.

Axşam hava sərinləşərkən isə, tünd mavi şalvar, ağ printli t-shirt və mavi kətan köynəkdə siz özünüzü rahat hiss edəcəksiniz.

Təqdim olunan modelləri, həmçinin “Pal Zileri” brendinin tam kolleksiyasını Neftçilər pr-ti 5A ünvanında əldə edə bilərsiniz.

Tel: +99412 492-22-49; +99450 385-50-73

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri