17 
İyn
2022
14:15
20
52
1648
Virtual karabakh

“Samsung Galaxy A33”, A53 və ya A73? Yeni A seriyasından hansı modeli seçməli? - FOTO

17 İyn, 2022
14:15
1648

“Samsung Galaxy A33”, A53 və ya A73? Yeni A seriyasından hansı modeli seçməli? - FOTO

Artıq bir neçə ildir ki, “Samsung”un A seriyası istifadəçilərin favoritinə çevrilərək, ən sevilən cihazlar arasında yer alıb. Seriya münasib qiyməti və “Samsung” məhsullarının davamlı keyfiyyətini çox uğurla özündə birləşdirir. “Galaxy A33”, A53 və A73-ü müqayisə edərkən gözə çarpacaq fərqi yalnız sonuncuda görmək mümkündür. 

Belə ki, “Samsung Galaxy A73” hər iki modeldən fərqlənərək, özündə bir neçə əsas məqamı əks etdirir. Əsas fərq ondadır ki, “Exynos 1280” əvəzinə bu model “Snapdragon 778G” prosessoru ilə təchiz edilib. Ən böyük fərq isə smartfonun kamerasında hiss olunur. Burada əsas sensor 108MP f/1.8-dir. “Samsung” ilk dəfədir ki, orta qiymət seqmentinə belə yüksək icazəli kameradan istifadə edir. Onu da qeyd etmək lazımdır ki, bu model, məhsul xəttinin “ən böyük” və “ən ağır” cihazıdır – onun ölçüsü, müvafiq olaraq, 6,7”, çəkisi isə181 qram təşkil edir. Həmçinin, “Samsung Galaxy A73” eksklüziv “zeytun yaşılı” rəngində mövcuddur.

İlk baxışdan “Galaxy A33” və “Galaxy A53” bir biri ilə çox oxşardır. Burada displeylərin diaqonalları demək olar ki, eynidir: müvafiq olaraq 6,4” və 6,5”. Hər iki model FHD + Super AMOLED ekran ilə təchiz edilib. Lakin, smartfonların displey yenilənmə sürəti fərqlidir, “Galaxy A33”də bu göstərici - 90 Hz, “Galaxy A53” isə 120 Hz təşkil edir. Gəlin smartfonlarda quraşdırılmış kameralarla birlikdə tanış olaq. “Galaxy A33” 48MP geniş bucaqlı, 8MP ultra geniş bucaqlı, 2MP dərinlik sensoru və 5MP makro kameraya malikdir, “Galaxy A53” isə müvafiq olaraq 64MP, 12MP, 5MP və 5MP-lik obyektiv ilə təchiz edilib. Hər iki model, yuxarıda qeyd edildiyi kimi, “Samsung”un təqdim etdiyi yeni “Exynos 1280” çipseti üzəridən işləyir.

Smartfonlar həqiqətən cəlbedicidir. Belə ki, onları rəqiblərindən fərqləndirən əsas cəhətlərdən biri, orta seqmentə aid olmalarına baxmayaraq, bütün məhsul xəttinin smartfonlarının IP67 standartına uyğun sukeçirməzliyə malik olmasıdır. Həmçinin, burada son illərin yeniliklərindən biri - ekran altında yerləşən barmaq izi skaneri quraşdırılıb. İstehsalçının cihazda istifadə etdiyi böyük tutumlu batareya isə uzun müddət smartfonların üstünlüklərindən istifadə etməyə imkan verir, əlavə olaraq, burada sürətli yükləmə də mövcuddur. Yeni “Galaxy A” modelləri hətta maksimum həcmdə belə heç bir təhrifi olmayan aydın və balanslaşdırılmış səs təqdim edən dinamiklərlə təchiz olunub. Burada audionun özünüz ekvalayzerdə tənzimləyə və ya “Dolby Atmos” presetlərindən birini seçilə bilərsiniz. Sözü gedən bu presetlər fərqli ssenarilər üçün nəzərdə tutularaq, hətta onlayn oyun oynadığınız zaman səsləri tənzimləyir. Bu, məsələn, döyüş zamanı rəqiblərin yerini dəqiq müəyyən etməyə kömək edir.

Onu da qeyd etmək lazımdır ki, smartfonlarda MScard köməyi ilə yaddaşı 1 TB-dək genişləndirmək mümkündür və onlar 6 və ya 8 GB operativ yaddaş və 128 və ya 256 GB daxili yaddaşla təchiz edilmiş versiyalarda mövcuddur.

“Samsung Galaxy A” smartfonları artıq Azərbaycan bazarında da satışa çıxarılıb. Galaxy A məhsul xəttinin ən son cihazları haqqında əlavə məlumatı Samsungun rəsmi internet saytından, həmçinin “Baku Electronics”, “Irshad”, “Kontakt Home”, “Maxi.az”, “Soliton”, “World Telecom” və “Optimal” mağazalar şəbəkəsində əldə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri