22 
İyn
2022
10:15
54
8
637
Virtual karabakh

Bakıda İİV infeksiyalarının müalicəsi ilə bağlı müasir üsullar müzakirə olundu - FOTO

22 İyn, 2022
10:15
637

Bakıda İİV infeksiyalarının müalicəsi ilə bağlı müasir üsullar müzakirə olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yerli və xarici mütəxəssislər ilə təcrübə və bilik mübadiləsi aparmaq məqsədilə “R-Pharm” Şirkətlər Qrupu Azərbaycanda “İİV infeksiyalarının müalicəsində müasir istiqamətlər və strategiyalar” mövzusunda elmi konfrans təşkil edib. Tədbirdə Respublika QİCS-lə Mübarizə Mərkəzinin aparıcı mütəxəssisləri və regional mərkəzlərdən həkimlər iştirak edib.

Mərkəzin direktor müavini Səbinə Babayeva konfransa giriş sözü ilə başlayaraq, qonaqları Azərbaycanda İİV infeksiyasının yayılma dinamikası ilə tanış edib. S. Babayevanın sözlərinə görə, son bir neçə il ərzində risk qrupları arasında həyata keçirilmiş tədbirlər və profilaktik işlər sayəsində infeksiyanın ölkədə yayılmasının qarşısını almaq mümkün olub.

Daha sonra Çenqdu İctimai Səhiyyə Klinik Tibbi Mərkəzinin Yoluxucu Xəstəliklər şöbəsinin direktoru, Çin Respublikasının Səhiyyə üzrə Milli Şurasının QİÇS-lə mübarizə Klinik ekspert qrupunun üzvü, professor Şenq- Xua-Xö (Sheng-Hua HE) ən son “Aykeninq” (albuvirtid) preparatının İİV müalicəsində perspektivləri haqqında məruzə ilə çıxış edib.

Professor Şenq-Xua Xö qeyd edib ki, “Aykeninq” yeni nəsil ən müasir preparatdır və tablet formalarından fərqli olaraq, inyeksiya preparatı həftəlik tətbiq olunan uzunmüddətli təsir göstərən preparatdır. Preparatı dərmana dözümlü olan pasiyentlərin müalicəsində digər vasitələr ilə kombinə etmək olar, bundan əlavə, preparat əsas İİV ştammlarına qarşı effektivdir.

Professorun sözlərinə əsasən, alimlər artıq uzun müddətdir ki, İİV müalicəsində uzunmüddətli təsirə malik preparatlar üzərində çalışırlar. Ekspertlərin fikrincə, bu vasitələr İİV-ə yoluxmuş şəxslərin həyatını daha sakit, müalicəni isə daha effektiv edəcək.

Xatırladaq ki, “Aykeninq” (albuvirtid) preparatının Rusiya və Azərbaycan bazarına çıxarılması üçün “R-Pharm” Şirkətlər Qrupu Çinin “Friontier Biotech” şirkəti ilə razılaşma imzalayıb. 
Elmi konfransın yekununda iştirakçılar İİV infeksiyalarının diaqnostikası və müalicəsində ÜST-ün xəstəliyin müalicəsində dərman terapiyası strategiyası əsasında işlənib hazırlanmış müasir kliniki tövsiyələri müzakirə ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri