24 
İyn
2022
11:00
40
9
822
Virtual karabakh

“PolyChat” - mesajların tərcüməsi funksiyasına sahib mesencerdir - FOTO

24 İyn, 2022
11:00
822

“PolyChat” - mesajların tərcüməsi funksiyasına sahib mesencerdir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı layihə rəhbəri tərəfindən mesajları dərhal tərcümə etmək funksiyasına sahib “PolyChat” mesenceri təqdim edilir.

Yeni tətbiq sizə tamamilə ödənişsiz formada müxtəlif ölkələrdə olan dostlarınızla onların öz dilində danışmaq imkanını yaradır. Siz “PolyChat” vasitəsilə dilini başa düşmədiyiniz istənilən insana onun doğma dilində yaza bilərsiniz. Bundan sonra dil maneəsi sizin işgüzar danışıqlarınız üçün problem olmayacaq. Bu rahat platforma sizə şəxsi yazışma imkanları və əməkdaşlıq əlaqələrinizi genişləndirməklə yanaşı, həm də biznes və təhsil sahəsində yeni imkanlar da təqdim edir. 

Mesencerin 34 dili dəstəkləməsi onu bir-birinə bənzəyən yüzlərlə proqramdan fərqləndirir. 

Tərcümə funksiyası ilə yanaşı, proqram həm də öyrəşdiyimiz mesencerlərin sahib olduğu alətlər paneli ilə də təchiz olunub. Bura audio və video zənglərin həyata keçirilməsi, səsli mesajların qeydə alınması və göndərilməsi, şəkillərin, sənədlərin, audio/video faylların göndərilməsi, qrup şəklində danışıqların həyata keçirilməsi və böyük emoji (“smaylik”) arxivi daxildir. 

“PolyChat”da həmçinin nömrənizin gizlədilməsi funksiyası da mövcuddur. Bulud texnologiyası sayəsində isə danışıqlarınızı istənilən digər cihazınızda görə bilərsiniz. 

“PolyChat” həm də sizin şəxsi məlumatlarınızı və dialoqlarınızı müasir şifrələmə protokolları vasitəsilə qorumaqla onların təhlükəsizliyini təmin edir. 

Bütün bunlarla yanaşı, mesencerdən istifadə olduqca rahatdır. Kontaktınızda olan “PolyChat” istifadəçiləri avtomatik olaraq sizin siyahınıza əlavə olunacaq. 

“PolyChat” mesencerindən istifadə etmək üçün bir neçə sadə proseduru yerinə yetirmək lazımdır. “PolyChat” mobil tətbiqini “App Store” və “Play Market”dən tamamilə pulsuz yükləyə bilərsiniz. Sizə yalnız proqramı telefonunuza yükləmək, öz nömrənizi göstərməklə qeydiyyatdan keçmək və sizə göndərilən təsdiq mesajındakı kodu əlavə etmək lazımdır. Şəxsi istəyinizə uyğun olaraq profilinizə əsas şəkil və adınızı da əlavə edə bilərsiniz.

Tətbiqin saytı: https://polychat.me/index_ru.html

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri