28 
İyn
2022
10:03
74
21
796
Virtual karabakh

İnsan Hüquqları üzrə Avropa Məhkəməsində “Məhkəmə İli 2022”yə həsr olunmuş tədbir keçirildi - FOTO

28 İyn, 2022
10:03
796

İnsan Hüquqları üzrə Avropa Məhkəməsində “Məhkəmə İli 2022”yə həsr olunmuş tədbir keçirildi - FOTO

Cari ilin iyun ayının 24-də Strasburqda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin binasında Avropa Şurasının 46 üzv dövlətinin Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi sədrlərinin iştirakı ilə “2022-Məhkəmə İli”nin açılış mərasimi keçirilib.

Pandemiya zamanı tətbiq olunan məhdudiyyətlər səbəbindən həmin tədbir ilin əvvəli yerinə iyun ayında keçirilməli olub.

Azərbaycan Respublikasını həmin tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Ali Məhkəmənin sədri Ramiz Rzayev təmsil ediblər.

Açılış mərasimindən öncə Avropa Məhkəməsinin hakimlərinin və Avropanın tanınmış alimlərinin iştirakı ilə “Pandemiya dövründə insan hüquqlarının müdafiəsi: yeni çağırışlar və perspektivlər” adlı seminar keçirilib, maraqlı fikirlər və çıxışlar dinlənilib.

Avropa Şurasının Nazirlər Komitəsində sədrlik etmiş Yunanıstan dövlətinin Prezidenti Zati-aliləri xanım Katerina Sakellaropoulou “Məhkəmə İli 2022” açılış mərasimində çıxış edib. İclasda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Robert Spano üzv dövlətlərin məhkəmələrində mövcud olan çatışmazlıqlardan, qarşıda duran vəzifələrdən danışdı. Eyni zamanda, İnsan Hüquqları üzrə Avropa Komissarı xanım Dünya Miyatoviç çıxış edərək Avropa məkanında insan hüquqlarının vəziyyəti barədə məlumat verib.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədrinin dəvəti ilə “Məhkəmə İli 2022” açılış mərasimində Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti, Bakı Apellyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlı iştirak edib.

CEPEJ-in prezidenti Ramin Qaraqurbanlı və Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) sədri Robert Spano.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri