28 
İyn
2022
17:02
84
46
3030
Virtual karabakh

Yeni dövrün tələblərinə tam cavab verən yenilənmiş “Changan CS55 Plus” avtomobili artıq Azərbaycanda! - FOTO

28 İyn, 2022
17:02
3030

Yeni dövrün tələblərinə tam cavab verən yenilənmiş “Changan CS55 Plus” avtomobili artıq Azərbaycanda! - FOTO

Yeni dövrün tələblərinə tam cavab verən yenilənmiş “Changan CS55 Plus” avtomobili artıq Azərbaycanda.

19 iyun tarixində “Changan CS55 Plus” modelinin Azərbaycanda rəsmi təqdimatı baş tutdu. Hər yeni avtomobilinin təqdimatına xüsusi hazırlaşan “CHANGAN” ailəsi bu dəfə də tədbirə toplaşanları fərqli tanıtım gecəsi ilə sevindirdi.

Yenilənmiş “CS55 Plus” 180 at gücü hasil edən 1.5 litrlik turbo mühərriki ilə seqmentinin ən yaxşı nümunəsidir. Sürücü ön sərnişin və yan təhlükəsizlik hava yastıqları ilə təmin olunmuşdur. 1.5 l mühərrikli versiyada yeddipilləli avtomatik transmissiyaya malik “Changan CS 55 Plus” modeli rahat interyer və cəlbedici eksteryerə sahib olmaqla bütün rəqiblərini geridə qoyur.

Avtomobilin ən yüksək təchizatı 43.900 AZN dəyərində təklif olunur. Ümumi eksteryeri  artıq daxili bazarda təqdim olunan “Changan Uni-K” ilə eynidir: eyni dizaynlı fənərlər, eyni radiator barmaqlığı, spoyler fərqləndirilmişdir. Digər bir fərq arxa əyləc işıqlarının vahid formada deyil, ayrı olmasıdır.

Möhürlənmiş çıxıntılı təkər tağları avtomobilə kontrast və aqressivlik verir, kuzovdakı arxa əlavələr isə əksinə, vizual olaraq avtomobili yüngülləşdirir. 

İnteryerə gəldikdə isə istehsalçılar bunun üzərində daha çox işləyiblər. Orijinal qapı üzlükləri quraşdırılıb. Ön oturacaqlar arasındakı mərkəzi tunel ikimərtəbəli edilib. Ön panel köhnə modeldən nəzərəçarpacaq dərəcədə fərqlənir, indi analoq deyil, LCD alətlər panelidir. Yuvarlaq sükan yastı idman üslublu sükanla əvəz edilib. İstehsalçılar sürücülərin rahatlığını nəzərə alaraq interyerə naqilsiz şarj, mühərriki məsafədən işə salma və təkmilləşdirilmiş “adaptive cruise kontrol” funksiyalarını da əlavə edib.

Bütün əsas modellərin, hətta daha tanınmış şirkətlərin avtomobillərinə nəzər salsaq, hamısının belə aktiv və passiv təhlükəsizlik elementləri dəsti ilə təchiz olunmadığını görə bilərik. Bu xüsusiyyətə görə avtomobil öz qiymət seqmentində ən yaxşı mövqelərdən birini tutur. 
Avtomobili şəxsən canlı şəkildə görmək, bütün özəlliklərini qiymətləndirmək üçün Changan Azərbaycana müraciət edin!

Ətraflı məlumat üçün:

*5544 
https://changan.az/cs-55-plus/
Babək pr., 74

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri