İyl
2022
14:31
134
157
4614
Virtual karabakh

Psixoloq Samirə Bağırova: “Bizə müraciət edən hər kəs möcüzələrə inanacaq” - FOTO/VİDEO

1 İyl, 2022
14:31
4614

Psixoloq Samirə Bağırova: “Bizə müraciət edən hər kəs möcüzələrə inanacaq” - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 24-də Bakıda Maqsud Əlizadə küçəsi 52 ünvanında “Samirə Bağırova” Reabilitasiya Mərkəzinin açılış mərasimi baş tutub.  

Mərkəzdə göstəriləcək xidmətlər, konsultasiyalar və digər məsələlər barədə isə mərkəzin təsisçisi tanınmış psixoloq Samirə Bağırova Oxu.Az-a müsahibəsi zamanı məlumat verib:

- Samirə xanım, necə oldu ki reabilitasiya mərkəzi açmaq qərarına gəldiniz?

- Peşəkar karyerama autizm pozğunluğu olan uşaqlarla işləməyə başladım. Bu zaman öz mərkəzimi yaratmaq fikri yaranmışdı, lakin onun təkcə psixoloji deyil, həm də reabilitasiya formatını gördüm və nəticədə onu yaratdım. Mən çox şadam ki, mərkəzin göstərdiyi xidmətlərin çeşidi çoxşaxəlidir.

- Mərkəzə müraciət edənlərə hansı xidmətlər göstəriləcək?

- EEQ nevropatoloq, refleksoloq, defektoloq-loqoped, duyu bütünləmə, psixoloq, həyat koçu, fizioterapiya, qrup terapiyası və s. xidmətlər daxildir. Öz peşəkar komandam var. Komandamızın hər bir üzvü mərkəzdə işə başlamazdan əvvəl ən ciddi seçimlərdən keçib. Onu da vurğulamaq istəyirəm ki, mərkəz ən müasir avadanlıqla təchiz olunub ki, bu da reabilitasiya proseslərində müsbət rol oynayır, problemlərin qısa zamanda həllinə öz töhfəsini verir.

- Samirə xanım, Mərkəzdə sırf uşaqlar üçün xidmətlər mövcuddur yoxsa necə?

- Bu gördüyünüz “Samirə Bağırova” Reabilitasiya Mərkəzi hər kəs üçün açıqdır. Biz autizm spektri pozğunluğu olan uşaqlar, serebral iflic diaqnozu qoyulan, Daun sindromlu, kəkələyən və nitq problemi olan uşaqlar üçün proqramlar hazırlamışıq. Eyni zamanda yaşından asılı olmayaraq hər kəsə psixoloji problemlərin həllində köməklik göstərməyə, psixoloji sindromların müalicəsində dəstək və yardım göstərmək üçün təcrübəli mütəxəssis xidmətləri təklif edirik.

Həmçinin infarkt və ya insult keçirənlər, onurğa sütununda ağrılar yaşayanlar, nevroloji diaqnozu, fizioloji və psixoloji problemləri olanlar da reabilitasiya üçün bizə müraciət edə bilərlər.

- Bəs qiymətlər necə? Bəzən valideynlər qiymətlərin baha olması səbəbindən uşaqlarını bu kimi mərkəzlərə gətirə bilmirlər…

-  Çox həssas məqama toxundunuz. Bu məsələyə bizim mərkəzdə fərdi yanaşılır. Belə ki, müraciət edənlərə, təklif ediləcək xidmətlər barədə heyətlə məsləhətləşdikdən sonra konkret problemə uyğun paketin təklif olunmasını planlaşdırırıq. Onu da qeyd edim ki, mərkəz Azərbaycan cəmiyyətinin müəyyən təbəqələri üçün endirim kampaniyaları və pulsuz kampaniyalar həyata keçirəcək ki, bu barədə tezliklə sosial media səhifələrimizdə daha ətraflı danışılacaq.

- Daha əvvəl açılan mərkəz müəyyən səbəblərdən uzunömürlü ola bilmədi. Bəs yeni mərkəzin gələcəyini necə görürsünüz?

- Yaxşı və yalnız yaxşı. Bu mərkəz gələcəyə ümid yaratdığı kimi xidmət göstərdiyi pasiyentlər sayəsində əldə edilən uğurlu nəticələrlə öz gələcəyinə də işıq tutacaq. Bizim reabilitasiya mərkəzimiz həm uşaqlara, həm də onların valideynlərinə böyük sevinc bəxş edəcək, onlar sağlamlıqlarında hər hansı bir yaxşılaşmadan məmnun olacaqlar. Mərkəzin “Möcüzəyə inanın!” şüarı səbəbsiz deyil. Mən həmişə möcüzələrə inanmışam. Bilirəm ki, övladları bu və ya digər sağlamlıq problemi ilə üzləşən valideynlər də möcüzələrə inanırlar. Bu möcüzənin baş verməsi üçün əlimizdən gələni edəcəyik.

Qeyd edək ki, Samirə Bağırova NPU-nun məzunudur. Psixologiya-Sosiologiya və Menecment fakültəsində təhsil alan psixoloq M.P.Draqomanova, magistr dərəcəsi alıb. Peşə təhsilini Ankarada davam etdirib. 2019-cu ildə S.Bağırova ölkədə sərt karantin rejiminin tətbiqi ilə əlaqədar fəaliyyəti dayandırılmış “Menora” psixoloji mərkəzini açır. Bu gün psixoloq “Samirə Bağırova” Reabilitasiya Mərkəzinin yaradıcısı və rəhbəridir.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri