İyl
2022
19:00
24
103
2169
Virtual karabakh

“Badamlı 75” lotereyasının ikinci tirajının qaliblərinə hədiyyələr təqdim edilib - FOTO

2 İyl, 2022
19:00
2169

“Badamlı 75” lotereyasının ikinci tirajının qaliblərinə hədiyyələr təqdim edilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Badamlı mineral sular” MMC-nin 75 illik yubileyi münasibətilə təşkil etdiyi “Badamlı 75” tirajlı stimullaşdırıcı lotereyanın ilk mərhələsinin ikinci tirajının qalibləri 26.06.2022-ci il tarixində müəyyən olundular.

“Badamlı”nın rəsmi “Facebook”, “YouTube” və “Instagram" səhifələrinin canlı efirində baş tutan lotereyada uğurlu qeydiyyatdan keçmiş kodlar arasından 23 kod, yəni 23 iştirakçı bir-birindən dəyərli hədiyyələr qazanıb. 

Belə ki, ikinci tirajda lotereya iştirakçıları lotereya çərçivəsində 7 ədəd iPhone 13, 7 ədəd Samsung Galaxy S21, 3 ədəd HP notbuk, 3 ədəd JBL qulaqlıq, 3 ədəd elektrikli skuter qazanıblar. 

Qalib kodların sahibləri Bakı şəhəri, Tərtər rayonu və Naxçıvan MR-in Naxçıvan şəhəri, Şahbuz, Ordubad, Culfa, Babək rayonlarından qeydiyyatdan keçmiş iştirakçılar olublar.

Azərbaycanın ilk milli su markası olan “Badamlı” istehlakçıları üçün tirajlı stimullaşdırıcı lotereyasında qalib kodların sahibləri canlı yayımda lotereyanın uduş fondundan dəyərli hədiyyələr qazanan kodların özlərinə aid olduğunu gördükdə keçirdikləri hisslərin əvəzsiz olduğunu və yaşadıqları bu sevinc üçün şirkət rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Şirkət əməkdaşları “Badamlı”nın tirajlı stimullaşdırıcı lotereyasında çoxlu sayda mobil avadanlıqlar və digər dəyərli hədiyyələr qazanan qalib kodların sahiblərinə “Badamlı”nın Bakıda və Naxçıvanda yerləşən ofislərində 30 iyun 2022-ci il tarixdən etibarən hədiyyələri təqdim etməyə başlayıblar. Həmçinin Naxçıvanda qaliblər “Badamlı” sularının zavodunu gəzərək, istehsal prosesi ilə də yaxından tanış olublar.

2022-ci ildə 1 may – 25 dekabr tarixləri arasında keçiriləcək tirajlı stimullaşdırıcı lotereyada “Badamlı”nın qazlı və qazsız məhsullarını alaraq möhtəşəm hədiyyələr qazana bilərsiniz. 
Qeyd edək ki, hər ay keçiriləcək “Badamlı” stimullaşdırıcı tirajlı lotereyası iki mərhələdən ibarətdir. Birinci mərhələdə müxtəlif dəyərli hədiyyələr, ikinci mərhələdə isə avtomobil oynanılır.

Lotereyada iştirak etmək üçün şəxslər “Badamlı” sularının qapaqlarının altındakı və ya evlərə sifariş zamanı onlara təqdim olunan kuponların arxasında olan 9 rəqəmli kodu 75il.badamli.az saytında, həmçinin (055) 575-1947 “WhatsApp” nömrəsində qeydiyyatdan keçirərək lotereyada iştirak etmək hüququ qazanırlar. Hər bir iştirakçı lotereyada qalib olmaq üçün iki şans qazanır: Birinci dəfə qeydiyyatdan keçdiyi tiraj zamanı və ikinci dəfə isə avtomobilin oynanıldığı lotereya zamanı. Lotereya iştirakçılarından kodların olduğu qapaq və kuponları atmamaq xahiş olunur. Qalib olduqları zaman onlar iştirakçılar tərəfindən mütləq şəkildə “Badamlı” şirkətinə təqdim olunmalıdır.

Xatırladaq ki, stimullaşdırıcı lotereyanın üçüncü tirajını 2022-ci il 31 iyul tarixində "Badamlı”nın “Instagram”da @badamli1947 hesabından, “Facebook” və “YouTube” kanalı üzərindən canlı yayım vasitəsilə izləyə bilərsiniz. 

Lotereyanın nəticələri canlı yayımda, kütləvi informasiya vasitələrində, sosial media platformalarında və 75il.badamli.az saytında elan ediləcək.

Qeyd edək ki, lotereya 1 may-25 dekabr 2022-ci il tarixləri arasında hər ay keçiriləcək və lotereyada ümumilikdə 226 uduş oynanılır.

75 ədəd – iPhone 13
75 ədəd – Samsung Galaxy S21
25 ədəd – HP notbuk
25 ədəd – SEGWAY: elektrikli skuter
25 ədəd – JBL T510BT qulaqlıq
1 ədəd – BESTUNE T99 minik avtomobili

Daha çox “Badamlı”, daha çox şans!

 

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri