19 
İyl
2022
17:47
17
93
850
Virtual karabakh

“Xalq Bank” 2022-ci ilin altı ayının yekunlarını açıqladı

19 İyl, 2022
17:47
850

“Xalq Bank” 2022-ci ilin altı ayının yekunlarını açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2022-ci ilin II rübünün yekunlarına əsasən ölkənin ən böyük özəl banklarından biri olan “Xalq Bank” ASC əsas maliyyə göstəriciləri üzrə stabil artım nümayiş etdirməklə aktivlərini ilin əvvəli ilə müqayisədə 193 milyon manat (8.25%) artıraraq 2 532.4 mln manata çatdırıb.

Bank 2022-ci ilin ilk yarımilini 11.83 mln manat xalis mənfəətlə başa vurub ki, bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 6 mln manat daha çoxdur. Hesabat dövrünün sonuna Bankın cəmi kapitalı 456.3 mln manat təşkil edib.

Ötən 6 aylıq dövr ərzində Bankın kredit portfelinin həcmi 54.4 mln manat (3.83%) artaraq 1 473.4 mln manat, depozit portfelinin həcmi isə 162.3 mln manat (10.52%) artaraq 1 705.61 mln manat təşkil edib. 

Xalq Bank əsas maliyyə göstəricilərinə görə ölkənin üç ən böyük özəl banklarından biri olmaqla bank sektorunda öz mövqeyini qoruyub saxlamaqdadır. 

Bankın məhsul, xidmətləri və kampaniyaları haqqında daha ətraflı məlumatı www.xalqbank.az saytından, 138 Məlumat Mərkəzindən, həmçinin “Facebook” və “Instagram” səhifələrindən əldə etmək mümkündür.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri