22 
İyl
2022
10:16
12
49
579
Virtual karabakh

Bank BTB ikinci rübün maliyyə nəticələrini açıqladı

22 İyl, 2022
10:16
579

Bank BTB ikinci rübün maliyyə nəticələrini açıqladı

“Bank BTB” 2022-ci ilin ikinci rübün maliyyə göstəricilərini təqdim edib. Bankın aktivlərinin həcmində 3 977.3 mln manat artım qeydə alınıb, belə ki, bankın cəmi aktivləri 354 383.5 mln manata çatıb.

Qeyd edək ki, hesabat dövrünün əhatə etdiyi 2-ci rübün nəticələrinə görə bankın əməliyyat gəlirləri 431 min manat olub, faiz gəlirləri 13 354.7 mln manat, faiz xərcləri isə 8 034.6 mln manat təşkil edib.

Aktivlərin təsnifləşdirilməsi və mümkün risklərin qarşılanması məqsədi ilə bank tərəfindən 5 705.7 mln manat məbləğində ehtiyat yaradılıb.

Bankın uzunmüddətli inkişaf strategiyasının uğurla həyata keçirilməsini təmin etmək məqsədilə Səhmdarların Ümumi Yığıncağında nizamnamə kapitalının 5 mln manat artırılması haqqında qərar qəbul edilib. Bununla da cari ilin əvvəlində ehtiyatlara ayrılan vəsaiti nəzərə alaraq, artımdan sonra bankın nizamnamə kapitalı 52 mln manat təşkil edir.

Qeyd edək ki, “Bank BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.

Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan “Facebook” (www.facebook.com/bankbtb) və “Instagram” (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 “WhatsApp” (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər.

Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri