22 
İyl
2022
14:45
51
24
900
Virtual karabakh

#ByCafeCity və “Maxi.az” jurnalistlərin peşə bayramı münasibətilə press-tur təşkil edib - FOTO/VİDEO

22 İyl, 2022
14:45
900

#ByCafeCity və “Maxi.az” jurnalistlərin peşə bayramı münasibətilə press-tur təşkil edib - FOTO/VİDEO

22 iyul Milli Mətbuat Günü münasibətilə bütün “CafeCity” filialları, “LaQuzu”, “CityPark” və “CityPub” restoranlarının daxil olduğu #ByCafeСity qrupu Maxi.az ilə birlikdə jurnalistlər üçün press-tur təşkil edib.

Tədbirdə #ByCafeCity qrupunun kafe və restoranlarının keyfiyyətə nəzarət üzrə meneceri Azər Cəfərov ilk öncə jurnalistləri bayram münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

O qeyd edib ki, fəaliyyətə başladığı ilk gündən #ByCafeCity KİV ilə səmərəli və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq qura bilib.

Press-turun təşkilatçıları KİV-in ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadığını qeyd edərək jurnalistlərin öz qələmi və obyektiv mövqeyi ilə ictimai rəyin formalaşmasında ciddi amil olduğunu vurğulayıblar.

Tədbir 3 hissədən ibarət olub. Birinci hissədə qısa mətbuat konfransı zamanı jurnalistlər əlamətdar günlə bağlı təəssüratlarını bölüşüb, #ByCafeCity qrupunun fəaliyyəti ilə tanış olublar.

Tədbirin ikinci hissəsində jurnalistlərin Fəvvarələr Meydanında yerləşən “CafeCity Fountain” filialının mətbəxinə ekskursiyası təşkil olunub, burada jurnalistlər sanitar-gigiyena normalarına riayət olunmasını, o cümlədən yeməklərin hazırlanması proseslərini əyani şəkildə izləyiblər. Tur zamanı jurnalistləri maraqlandıran bütün suallar geniş şəkildə cavablandırılıb.

Tədbir İçərişəhərdə yerləşən “LaQuzu” #ByCafeCity restoranında bayram süfrəsi arxasında başa çatıb. Qala şam yeməyində jurnalistlərə Maxi.az tərəfindən hədiyyələr təqdim olunub. KİV öz növbəsində səmimi və mehriban şəraitdə keçən tədbirin təşkilinə görə #ByCafeCity rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə Ceyhun Nəcəfov, Əli Əhmədov, Rahim Tarverdiyev, Nigar Abbasova, Tural İbadlı, Qafar Agayev, Gülnarə Məmmədova, Könül Cəfərli, Aslan Abbaszadə, Nərminə Manafova, Süleyman İsmayılbəyli, Fərdin İsazadə və Elgün Mənsimov kimi tanınmış  jurnalistlər iştirak etdilər.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri