Avq
2022
18:00
79
25
1484
Virtual karabakh

Ev tapşırığını startapa çevirən UX&UI tələbəsi

4 Avq, 2022
18:00
1484

Ev tapşırığını startapa çevirən UX&UI tələbəsi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təsəvvür et ki, UX&UI tələbəsisən, ev tapşırığını edirsən və işin o qədər maraqlı alınır ki, onu birinci startapa sonra isə biznesə çevirirsən.

Söhbət UX&UI dizayner, Xəyal Novruzun “Dopet App” startapından gedir.

Xəyalın təhsil aldığı Bakı Dizayn Akademiyası daha öncə də məzunları ilə bir neçə dəfə gündəmə gəlib. Xatırlamayanlar üçün, bir müddət əvvəl də bu Akademiyada təhsil alan Bəhram Hikmət haqqında danışmışdıq. Xəyalın layihəsi isə dizayn akademiyasının və məzunlarının nailiyyətlərinin təsadüfi olmadığını və innovativ sahələrdə peşəkar kadrlar yetişdirməyə davam edəcəyini göstərir.

Hər şey necə başladı?

Xəyal Bakı Dizayn Akademiyasının UX&UI dərsindəki ev tapşırıqlarından biri kimi Dopet-i hazırlayıb.

“Dopet App” sosial media startapıdır. Onun sayəsində sən sahibsiz çöl heyvanlarına yardım etmək imkanı qazanırsan və bunu biznesə çevirirsən. Nəticədə, həyatı planetin bütün üzvləri üçün daha gözəl məkana çevirməyə bir addım daha yaxınlaşırsan. Layihə əvvəl ev tapşırığını yoxlayan instruktor Aqşin Rəcəbovun diqqətini çəkib. O, tələbəsinin kreativ işini öz səhifəsində bölüşən kimi, layihə ABB innovasiya mərkəzinin də marağını oyatdı.

“Dopet App” qısa zamanda “Take off Baku” beynəlxalq startaplar sammitində iştirak haqqı qazandı. May ayında isə hələ yeni layihə olmasına baxmayaraq TEKNOFEST-də finala çıxmağı bacardı.

Hazırda “Dopet App” ABB innovasiya mərkəzinin akselerasiya proqramı üçün seçilib və artıq biznes kimi fəaliyyət göstərir.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri