Avq
2022
14:00
195
124
6666
Virtual karabakh

20 000-ci “Lamborghini Urus” avtomobili Bakıda sahibinə təhvil verildi - FOTO

6 Avq, 2022
14:00
6666

20 000-ci “Lamborghini Urus” avtomobili Bakıda sahibinə təhvil verildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük marağa səbəb olan “Lamborghini Urus” krossoverinin yubiley nüsxəsi alıcısına təqdim olunması üçün Azərbaycana göndərilib.

Artıq 2022-ci ilin birinci rübü “Lamborghini” üçün rekord sayıla bilər. İtaliya markası müştərilərə nəinki 2020-ci il (+31%), həm də 2021-ci il (+5%) göstəricisini keçərək 2539 avtomobil təhvil verib. Üç ayda “Countach”ın 16 illik istehsalından daha çox avtomobil satılıb və onlardan təxminən yarısını “Urus” krossoveri təşkil edib. Onun 2018-ci ildə satışa çıxmasına baxmayaraq, “Lamborghini” artıq 20 000-ci avtomobilin təqdimatını qeyd edir. 

Şirkətin hesablamalarına görə, müştəri krossoverləri 360 milyon kilometr məsafə qət ediblər. “Dünya turu”nun bazar buraxılışından əvvəlki dövrdə “Urus” dörd ay ərzində 114 şəhəri səyahət etmişdir. Bütövlükdə avtomobil Yaponiya və İslandiya, Sardiniya adası, Portuqaliyanın Nazare çimərliyi, Altayı səyahət etmiş, dünyanın ən yüksək dağlıq avtomobil yolu olan Umlinq La aşırımını (5798,251 m) keçmişdir. 2021-ci ildə isə “Urus” Baykal gölündə buz üzərində sürət rekorduna imza atıb.

Qara əyləc supportları və panoram damı olan bənövşəyi “Viola Mithras” rəngli “Urus” krossoveri 650 at gücü və 850 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki və ANIMA idarəetmə rejimləri sistemi ilə təchiz edilib. Avtomobil 100 km/saat həddinə 3,6 saniyəyə, 200 km/saat həddinə isə 12,8 saniyəyə sürətlənir. Krossoverin maksimal sürəti 305 km/saatdır. 

“Lamborghini Urus” krossoverini alıcısına təhvil vermək üçün “Lamborghini Baku” möhtəşəm təqdimetmə mərasimi təşkil edib. Bir çox tanınmış simaların da qatıldığı tədbirdən bəzi görüntüləri sizinlə paylaşırıq.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri