Avq
2022
11:36
53
20
1220
Virtual karabakh

Ölkədə İLK dəfə: “Code Academy”dən “Game Design and Development” üzrə TAM TƏQAÜDLÜ BOOTCAMP!

9 Avq, 2022
11:36
1220

Ölkədə İLK dəfə: “Code Academy”dən “Game Design and Development” üzrə TAM TƏQAÜDLÜ BOOTCAMP!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

IT tədrisi sahəsində ölkəmizdə inqilab yaradan “Code Academy”, qlobalda böyük imkanlar qazandıran “Game Design and Development” sahəsi üzrə tam təqaüdlü, yəni ödənişsiz bootcamp layihəsinə start verir. 

Oyun dünyasının sirlərini öyrənmək, hazırladığı oyunlarla həm ölkədaxili, həm də ölkəxaricində fərq yaratmaq istəyən, əldə edəcəyi bilik və təcrübəsini daha sonra tədris etməkdə maraqlı olan şəxslər bu proqramda iştirak üçün müraciət edə bilərlər. 

Türkiyədən dəvət olunmuş ekspertlər tərəfindən 8 həftə ərzində keçiriləcək bu tədris proqramında ümumilikdə 30 nəfər iştirak hüququ qazanaraq, “Code Academy” tərəfindən 7500 AZN dəyərində təqaüd əldə etməklə, tam ödənişsiz təhsil ala biləcəklər. İştirakçıların 15 nəfəri “Game Art and Design”, digər 15 nəfəri isə “Game Development” tədrisinə qoşulacaqlar. 

Ölkədə ilk dəfə keçiriləcək intensiv tədris proqramına əsaslanan bu layihə çərçivəsində iştirakçılar https://game.code.edu.az/ səhifəsində qeyd olunan şərtlər əsasında seçiləcək və tədrisi uğurla bitirdikdən sonra “Code Acade my” və onun təsis etdiyi “Game” studiyada, həmçinin Akademiyanın qlobal tərəfdaşlarında iş imkanı əldə edə biləcəklər. 

Oyun dünyasında özünü və gələcəyini görən şəxslər 28 avqust, saat 23:59-dək proqrama bu linkdən https://game.code.edu.az/ müraciət edə bilərlər. 

7 ildən çoxdur ki, 5000 nəfərdən çox tələbəyə xidmət göstərmiş “Code Academy” və onun fəaliyyəti haqqında daha ətraflı məlumatla https://code.edu.az/ rəsmi veb-saytına daxil olaraq tanış ola bilərsiniz. 

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri