18 
Avq
2022
13:16
169
27
4653
Virtual karabakh

“Papatya Park” Gəncənin ən gözəl layihəsini inşa edir - FOTO

18 Avq, 2022
13:16
4653

“Papatya Park” Gəncənin ən gözəl layihəsini inşa edir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dəbdəbə və komfort zənn etdiyiniz kimi heç də hər zaman böyük şəhərlərdə olmur. Həm şəhərin xaos və səs-küyündən uzaqlaşmaq, həm də paytaxtdan kənarda rahat və lüks yaşam arzusunda olanlar üçün indi əla imkan yaranıb.

Azərbaycanın 2-ci böyük şəhəri olan Gəncədə inşa edilən “Papatya Park” Yaşayış Kompleksi sizə uyğun şərtlərlə ideal rahatlıqda mənzillər təklif edir. Keyfiyyətli, zövqlə dizayn edilən rahat mənzil axtarışında olanlar, uzun zamandır kirayə yaşayanlar və artıq öz mənzilinə sahib olmaq istəyənlər üçün “Papatya Park” layihəsi qaçırılmayacaq fürsətdir. Bu yeni Premium Yaşayış Kompleksində sizə lazım olan hər şey evinizə ən qısa məsafədə yerləşir. Həmçinin kompleksin Gəncə şəhərinin mərkəzində yerləşməsi ilə siz gedəcəyiniz yerə ən tez zamanda çata biləcək və evinizdə şəhərin ən gözəl panorama görüntüsündən zövq alacaqsınız.

12 mərtəbədən ibarət, 2 bloklu bina yüksək keyfiyyətli tikinti materialları ilə inşa edilir.Siz burada ehtiyacınıza uyğun istədiyiniz otaq sayını seçib, ən uyğun daxili kredit şərti ilə mənzil sahibi ola bilərsiniz. Üstəlik bu proses heç bir əlavə sənədlərə ehtiyac olmadan, tək şəxsiyyət vəsiqəsi ilə həyata keçirilir.

“Papatya Park” Yaşayış Kompleksində daha bir üstünlük isə binanın layihələndirilməsi ilə bağlıdır. Belə ki, siz əldə etdiyiniz mənzilləri təmir zamanı tam rahatlıqla öz zövqünüzə uyğun dizayn edə bilərsiniz.

Binanın ağ aqlayla işlənmiş fasad örtüyü həm möhkəmliyi və təhlükəsizliyi təmin edir, həm də kənardan estetik zövq yaradır.

Mənzillərin tikintisində istifadə edilən, Türkiyə istehsalı olan yüksək keyfiyyətli qapı və PVC pəncərələr soyuq havanın evə daxil olmasının qarşısını alır, mənzilinizi külək, yağış və tozdan qoruyur. Həmçinin səs izolyasiya xüsusiyyətlərinə malikdir.

Binalarda eniş və çıxışı rahat və tam təhlükəsiz həyata keçirən lift sistemlərinin olması ən az yaşadığımız mənzillərin rahatlığı qədər önəmlidir. Yeni yaşayış kompleksində ən yüksək standartlara cavab verən liftlər eskalator istehsalçılarının brend markalarından seçilib. Hər blokda 2 lift sakinlərin xidmətinə verilir.

Hazırda yeni tikililərdə sakinlərin ən çox narahatlıq keçirdikləri məqam binalarda həyətyanı sahənin dar olmasıdır. “Papatya Park” öz sakinləri üçün yaşıllıqla zəngin bağ sahəsi ayırıb. Binanın 1-ci mərtəbəsində yerləşən geniş və təhlükəsiz parking sahəsi isə, sakinlərə öz avtomobillərini rahat park etmələrinə şərait yaradır. Beləliklə, sakinlər üçün ayrılan geniş və yaşıl həyətyanı sahə tam olaraq onların ixtiyarına verilir.

Evinizin, əmlakınızın, yaxınlarınızın təhlükəsizliyi və güvəndə olması “Papatya Park” yaşayış kompleksini reallaşdıran hər kəs üçün olduqca vacib məqamdır. Burada 24 saat mühafizə xidməti fəaliyyət göstərir.

 Bütün bunlar ürəyinizcədirsə, Gəncə şəhəri, Kəpəz rayonu V.Xuluflu 1A ünvanında yerləşən “Papatya Park” Premium yaşayış kompleksindən siz də öz mənzilinizə sahib olun. 
Sizin arzularınızdakı mənzilin qapısını biz üzünüzə açırıq!

Əlavə məlumat üçün: (994) 50 299 16 16

https://www.facebook.com/papatyapark.az/

https://instagram.com/papatyapark.az?igshid=YmMyMTA2M2Y=

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri