18 
Avq
2022
15:58
39
26
1100
Virtual karabakh

Bakıda keçirilən İngiltərə universitetinin magistratura proqramına sənəd qəbulu davam edir

18 Avq, 2022
15:58
1100

Bakıda keçirilən İngiltərə universitetinin magistratura proqramına sənəd qəbulu davam edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Executive MBA Proqramı regionda ən yaxşı MBA seçimlərindən biri hesab edilir. İkili dərəcəli Pan-Avropa Executive MBA Proqramı İngiltərənin York Universitetinin CİTY College Avropa Kampusu və Strasburq Universitetinin İqtisadiyyat və Menecment fakültəsi tərəfindən təqdim edilir. Burada iştirak edən tələbələr İngiltərənin öndə gedən York Universiteti və Fransanın prestijli Strasburq Universiteti tərəfindən iki dərəcə ilə təltif olunacaqlar. Təqdim olunan MBA Proqramı ikili dərəcədən əlavə olaraq, öz tələbələrinə həqiqi beynəlxalq təcrübəni: üç təhsil səyahəti imkanını yaradır – York (İngiltərə), Strasburq (Fransa) və Saloniki (Yunanıstan).

Bundan əlavə, dərslər York Universiteti CİTY College Avropa Kampusu və Strasburq Universiteti, həmçinin dünya üzrə tanınmış universitetlərin seçilmiş professorları və beynəlxalq müəllimləri, eləcə də, böyük təcrübəyə malik biznes ekspertləri tərəfindən keçirilir. Pan-Avropa Executive MBA Proqramı işgüzar əlaqələrin yaradılması üçün geniş imkan yaradan özünün peşəkar, karyera və şəxsi bacarıqlarını təkmilləşdirmək istəyən müasir dövrün menecerləri və biznes peşəkarları üçün həqiqi beynəlxalq proqramdır.

Proqramın tədris planı real həyat layihələri əsasında əldə edilmiş təcrübələrə, komanda çalışmalarına və karyera məsləhət proqramlarına, tələbələrin tətbiq etdiyi bilik və bacarıqların, strateji liderlik bacarıqlarının genişləndirilməsinə yönəlmişdir. MBA iştirakçıları mövcud olan 6 (altı) ixtisas sahələrindən birini seçərək bir menecment sahəsində ixtisaslaşa bilərlər: Ümumi Menecment, Maliyyə, Marketinq, Logistika və Tədarük Zəncirinin İdarə edilməsi, Səhiyyə Menecmenti, İnsan Resurslarının İdarə Edilməsi. 

Proqram MBA Assosiasiya (AMBA) və İngiltərənin “Chartered Management İnstitute” (CMI) tərəfindən akkreditasiya edilib.

İki Universitet dərəcəsinin alınması tələbənin hər iki universitetdən irəli gələn son dərəcə zəngin bir irsə və ənənəyə sahib bir təhsil mühitinin bir hissəsinə çevrilməsinə kömək edir. York Universiteti dünyanın top universitetlərindən biridir (“The Times Higher Education – THE 2021” istinadən dünya üzrə 133-cü, Birləşmiş Krallıq üzrə isə 10-cu yerdədir). O, Birləşmiş Krallığının öndə gedən universitetlərindən ibarət nüfuzlu “Russell” Qrupunun üzvüdür və “Gold Teaching Excellence Framework (TEF) mükafatına layiq görülmüşdür. Strasburq Universiteti 1631-ci ildə təsis edilmişdir və öz tarixində 18 Nobel Mükafatı qaliblərinə malikdir. 2020 Dünya Universitetlərinin Akademik Dərəcələndirilməsinə (ARWC) əsasən, o, Fransada və dünyanın 150 universitetləri arasında 6-cı ən yaxşı universitetdir. Strasburq Universiteti Avropanın Tədqiqat Universitetləri Liqasının (LERU) üzvüdür.

CİTY College, York Universitetinin Avropa Kampusu York Universitetinin tam bir hissəsini təşkil edən qurumudur. O, Universitetin Avropadakı fiziki iştirakını təmin edir və bütün Universitet üçün Cənub-Şərqi Avropa və digər Avropa regionu üzrə akademik, hökumət və korporativ əlaqələrin yaradılması üçün mərkəz rolunu oynayır. O, 30 ildən çox müddət ərzində Salonikidəki əsas kampusunda və digər 8 ölkələrdə təhsil alan 60-dan çox ölkənin tələbələri ilə həqiqətən beynəlxalq bir təşkilatı təmsil edir.

Ətraflı Məlumat:

City College, York Universitetinin Avropa Kampusu tərəfindən Bakıda təklif olunan Pan-Avropa Executive MBA Proqramı və onun tələbləri barədə daha ətraflı məlumat almaq üçün aşağıdakı əlaqə vasitələrinə müraciət etməyiniz xahiş olunur:  

Tel: +994 55 909 37 88
Email: [email protected]

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri