19 
Avq
2022
20:42
101
41
3549
Virtual karabakh

Hər kəsin uzun zamandır gözlədiyi təqdimat baş tutdu: Nəhəng “Samsung” təəccübləndirdi - FOTO

19 Avq, 2022
20:42
3549

Hər kəsin uzun zamandır gözlədiyi təqdimat baş tutdu: Nəhəng “Samsung” təəccübləndirdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər zaman bir çox smartfonun yeniliklərinə imza atan Cənubi Koreya nəhəngi “Samsung” növbəti dəfə təəccübləndirib.

Ötən gün “Enerji Club”da “Galaxy Z Flip4” və “Galaxy Z Fold4” smartfonları, “Galaxy Watch 5” və “Galaxy Buds2 Pro”nun təqdimat mərasimi baş tutub.

Möhtəşəm təqdimat mərasimində yeni smartfon telefonların, saat və qulaqcıqların özəllikləri detallı şəkildə iştirakçılara nümayiş edilib. 

“Samsung” şirkəti tədbir zamanı loyal 10 müştərisinə hədiyyələr təqdim edib.

Xatırladaq ki, qatlanan telefonlar yeni nəslin stereotiplərini qırmağa davam edir. Bu vəziyyətdə “Samsung” şirkəti bir addım belə geri çəkilmədən qatlanan smartfonların hər dəfə daha bir üst versiyasını təqdim edir. 

“Samsung” Azərbaycan şirkətinin məhsulları üzrə aparıcı mütəxəssis Miri Kazımov təqdimat zamanı “Samsung”un yeni smartfonlarının öz imkanlarını genişləndirməsi və yeni funksiyaları əlavə edərək ideal məhsulu istifadəçilərin hüzuruna gətirməsi barədə danışıb:

“Yeni məhsulların dizaynı daha nazikdir, eyni zamanda, kameralarında da yeniliklər edilib. Burada təqdim etdiyimiz məhsulların bir həftə əvvəl bütün dünyada onlayn nümayiş olunub. Biz artıq Azərbaycanda həmin məhsulları təqdim edirik. Bizim tədbirimizin qonaqları bu yeni məhsulları canlı olaraq ilk görənlər sırasında olmaq imkanı əldə etdilər”.

Miri Kazımov bildirib ki, bütün bu yeniliklər əbəs yerə deyil:

“Samsung” daim yenilik axtarışında olduğundan daim imkanları genişləndirməyi düşünür. Mobil cihazlar bir il ərzində iki dəfə təqdim edirlər. Hətta, “Samsung” smartfonları həyatlarının bir hissəsi olan insanların belə gözləntilərini aşacaq yeni məhsullardır. Məhsulları müştərilərimiz sifariş verə bilərlər”.

Müğənnilərin, Koreya rəqsinin olduğu təqdimat mərasimi əyləncə ilə davam edib. 

Nəzərinizə çatdıraq ki, yeni məhsullarla bağlı məlumatları "Samsung"un rəsmi distribütor mağazaları və rəsmi saytından maraqlana bilərsiniz. 

“Galaxy Z Flip4”: Sərbəst əllər, keyfiyyətli şəkil və video

“Galaxy Z Flip3”dən fərqli olaraq, “Galaxy Z Flip4” smartfonu ilə telefonu açmadan, siz zənglərə və mesajlara cavab verə, hətta yüksək keyfiyyətli şəkillər çəkə bilərsiniz.
  
“Galaxy Z Flip4” hands-free(sərbəst əllər) funksiyasına sahibdir. Bu, o anlama gəlir ki, siz telefonu istədiyiniz kimi və əlinizlə tutmaq məcburiyyətində qalmadan çox gözəl şəkil və videolar çəkə bilərsiniz. 

Telefonun digər məlumatlarına gəlincə isə xarici ekran 1.9 Super Dynamic AMOLED 60 Hz, batareya tutumu 3,700 mAh-dır və smartfonu 30 dəqiqə ərzində 50%-ə qədər doldurur. Həm də sizi düşünərək daha az enerji sərf edəcək. 

“Galaxy Z Fold4”: Çox funksionallıq və istifadə rahatlığı

“Galaxy Z Fold4” – Güclü və çoxfunksiyalı smartfon özündə “Samsung”un mobil texnologiyalarında yığdığı təcrübə toplusunun təcəssümüdür.  “Z Fold3”ə nisbətən daha çox imkanlar genişlənib və funksiyalar artıb. Açıq halda siz onu planşet kimi də istifadə edə bilərsiniz. Yəni, eyni anda həm işləyə, həm də nəyisə izləyə bilərsiniz. Bağlı rejimdə isə 6,2 düym ekranlı smartfona çevrilir. 

Portret rejimi artıq “Galaxy Z Flip4”ün ön ekranına da əlavə olunub və üstəlik öndəki ekrandan şəkili daxili ekrana da yerləşdirmək imkanı yaradılıb. Bundan əlavə, daxili ekrana Wi-Fi, Bluetooth və fənər elementləri əlavə olunub. Displeyin qoruyucusu isə Gorilla Glass Victus +. O, telefonu kənar zərbələrdən daha yaxşı qoruyur. Bundan əlavə, “Galaxy Z Fold4” və “Galaxy Z Flip4”də də İPX8 su buraxmayanla qorunur və istifadəçilər ani anlarda daha rahat ola bilər.

“Galaxy Buds2 Pro”: Premium-dizayn ilə yeni eşidilmə təcrübəsi

Galaxy Z xəttinin yeniliyi olan naqilsiz “Galaxy Buds2” qulaqlıqları istifadəçilərin istənilən şəraitdə rahat istifadəsinə şərait yaradır. Mükəmməl 24 bitlik hi-fi səsi, kristal təmizliyi və yığcam erqonomik dizayn hesabına qulaqlıqlar 15% faiz daha balaca olub. Bu, hal-hazırda “Samsung”un ən kompakt və yüngül qulaqlığı sayılır.

Təqdimatın təkrarına “Samsung Azerbaijan”ın rəsmi “Youtube” kanalından izləyə bilərsiniz.
 
Smartfonlarla bağlı yenilikləri və daha ətraflı məlumatları “Samsung Azerbaijan”ın saytından əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri