13 
Sen
2022
14:00
79
27
860
Virtual karabakh

HUAWEI şirkəti Bakı Şəbəkə İnnovasiya Sammitini təşkil edib - FOTO

13 Sen, 2022
14:00
860

HUAWEI şirkəti Bakı Şəbəkə İnnovasiya Sammitini təşkil edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 6-da Huawei şirkəti Bakıda Şəbəkə İnnovasiya Sammitini təşkil etmişdir. Sammitdə aparıcı beynəlxalq mütəxəssislər İKT infrastrukturu və “ağıllı” İP şəbəkələri üzrə müzakirələr aparılıb.

Azərbaycandakı mühüm şəbəkə operatorları və İKT şirkətlərinin nümayəndələri, digər sahə ekspertləri, həmçinin HUAWEI-in mütəxəssisləri Bakıda toplaşaraq İKT sahəsindəki qlobal yenilikləri müzakirə etmiş, İKT infrastrukturundan ən səmərəli şəkildə istifadə etməyin perspektivlərindən bəhs ediblər.

Son illər ərzində Azərbaycanda dövlət tərəfindən sakinlər üçün göstərilən xidmətlərdə elektron vasitələri tətbiq etməsi nəticəsində rəqəmsal texnologiyalar sürətlə inkişaf edir.

“Rəqəmsal transformasiya artıq qlobal miqyasda cərəyana çevrilib. Dünyanın aparıcı təchizatçılarından biri olaraq, şəbəkə innovasiyası və onun rəqəmsal transformasiya yolunu necə işıqlandırdığı barədə fikirlərimizi bölüşmək üçün bu sahənin aparıcı operatorları, müəssisələri və konsaltinq təşkilatları ilə işləyərək  rəqəmsal cəmiyyətin gələcəyinə dair planı birgə hazırlamaq istərdik”, - deyə Huawei-in Azərbaycan ofisinin Baş Direktoru David Xu  öz açılış çıxışında bildirib.

David Xu, Huawei Azərbaycan Ofisinin Baş Direktoru

Huawei-in Şəbəkə Marketinq və Satış Şöbəsinin rəhbəri Gari Lu “Network 2030” (2030-cu ildə Şəbəkə) haqqında düşüncələrini paylaşaraq daim inkişaf etməkdə olan biznes tələblərinə uyğunlaşmağın yollarından danışıb.

Gari Lu öz çıxışında qeyd edib ki, 2030-ci ildə qlobal qoşulmalar artıq 200 milyarda çatacaq və simsiz mobil şəbəkələr üzrə aylıq adambaşına düşən verilənlər istifadəsi 600 giqabayta yüksələcək. O, həmçinin “IP şəbəkəsi hər şeyi birləşdirən təməldir”, - deyə çıxışına əlavə edib.

İDC şirkətinin Baş konsaltinq meneceri olan Vasiliy Pimenov şəbəkə operatorları üçün yeni imkanlar yaradan və infrastruktur üçün yeni çağırışlar edən ən son qlobal tendensiyalardan bəhs edib:

“İnsanlar internet trafikinin əsas istifadəçiləri olaraq qalırlar. İnternet trafikinin və istehlakının həcmi əsasən insanların nəzarətindədir. Bu vəziyyət yaxın gələcəkdə də belə qalacaq. İnsanlar internetdən əsasən gələcəyin trendinə çevriləcək video yayımı, sosial şəbəkə, mesajlaşma servisləri və oyunlar üçün istifadə edirlər”.

“Baktelecom” MMC-nin İT departamentinin rəhbəri Asim Namazov IP şəbəkələrinin prinsiplərindən bəhs edib və 5G mobil rabitə standartları tələlərinin şirkətin IP infrastrukturunun qurulması prinsiplərinə təsiri barədə fikirlərini bölüşüb. 

Asim Namazov bildirib ki, 5G dünya ÜDM-nə töhfə verən ən əsas təkanverici qüvvə olacaq.

“Baktelecom” MMC-nin İT departamentinin rəhbəri Asim Namazov

“Aztetelekom” MMC, İDC və Huawei təmsilçilərinin iştirak etdiyi panel müzakirələrində IP şəbəkəsinin inkişaf və texniki dəstəyi, SRv6-nın təqdimi və “slaysinq” konsepsiyası, avtomatizasiyanın şəbəkələrin idarə edilməsindəki rolu barəsində diskussiyalar aparılıb.

“Aztelekom” MMC-nin Baş direktor müşaviri David Məmmədov bildirib ki, yaxın illərdə buraya gələcək 5G şəbəkəsi bazarı hərəkətə gətirəcək:

“Azərbaycanda yeni şəbəkə texnologiyalarının tətbiq olunması üçün bazarı hərəkətə gətirəcək ən əsas aparıcı qüvvə yaxın iki və ya üç ildən sonra bura gələcək 5G şəbəkəsi olacaq. Bu mobil şəbəkələrin qarşısına əlavə tapşırıqlar qoyacaq”. 

Panel məruzəçiləri həmçinin Azərbaycandakı şəbəkə operatorlarının  göstərdiyi xidmətlər və problemlər barədə fikir mübadiləsi aparıblar.

As Group-un nümayəndələri tədbirin ikinci hissəsinə Zəngilan rayonunun Ağalı kəndində tikilən “ağıllı kəndlərin” təqdimatı ilə başlayıblar.

“Bütün binalar karbon “ayaq izini” azaldacaq, resurslara qənaət edən yolla dizayn və inşa olunub. Ağıllı kəndi kran və suvarma suları ilə təmin etmək üçün cazibə qüvvəsi sistemindən istifadə olunub. Ağıllı kəndlərdə həmçinin tullantıların idarə edilməsi üçün ətraf mühitə zərərsiz olan sistemin də tətbiqi nəzərdə tutulur”, - deyə Mirzə Abdullayev bildirib. 

Huawei-in Məhsullar üzrə Baş meneceri Konstantin Kuzmin verilənlərin emalı sahəsindən yeni tendensiyalar və şirkətlərin şəbəkələri üçün aparıcı IP həllərindən bəhs edib.

Tədbirin üçüncü hissəsi internetə çıxış üçün ev şəbəkələrinə həsr olunmuş bölmə ilə açıq elan edilib.

Huawei Avrasiyanın mütəxəssisi Pavel Sirotinkin “Digital Quick ODN” fiber şəbəkələrinin sürətli və effektiv işə salınmasının inqilabi konsepsiyası, eləcə də operator mobil tətbiqlərinin və “Otağa Fiber” konsepsiyasının  istifadəsi ilə internetin sürət və keyfiyyətinin artırılması üçün Wi-Fi şəbəkələrinin optimallaşdırmasının təfərrüatını paylaşıb.

Huawei-in Optik Məhsul Xətti üzrə mühəndisi Jackie Kuang konfransa uzaqdan videobağlantı vasitəsi ilə qatılaraq Wi-Fi marşrutlarının su zədələrinə və yüksəkdən düşməyə davamlılığı  sınağını nümayiş etdirib. Konfransın yekun hissəsində çıxış edən Huawei Avrasiyada  Məhsullar üzrə Baş menecer olan Xmırov İlya yüksək sürətli tam optik DWDM/OTN nəqliyyat şəbəkələrinin qurulması və “Yaşıl” Çevik Optik Şəbəkə” konsepsiyasının həyata keçirilməsi, həmçinin ADN şəbəsəsinin avtonom idarə edilməsi üzrə yeniliklərini bölüşüb. O, lif tutumunun maksimuma çatdırılması, bir bit üzrə qiymətin və bir giqabitt üzrə gücün aşağı salınması, həmçinin şəbəkənin sadələşdirilməsi və yaşıl dünya qurulmasının yolları haqqında da ətraflı məlumat verib. 

Artıq 18 ildir ki, Huawei yerli şəbəkə operatorları və ekosistemdəki digər tərəfdaşlar ilə sıx əməkdaşlıq edərək İKT infrastrukturunun ölkədəki inkişafına töhfə verərək Azərbaycanda fəaliyyət göstərir. 

Huawei şirkəti bağlantı şəbəkələrinin inkişafı və iqtisadiyyatın müxtəlif sahələrinin rəqəmsallaşdırılması sahəsində qlobal təcrübəsini nəzərə alaraq, aparıcı mütəxəssislərin iştirak edəcəyi və rəqəmsal inkişaf üçün mühüm çağırışlar və həll yolları barəsində müzakirələrin aparılacağı bu kimi forumları gələcəkdə də təşkil etməyi davam etdirmək niyyətindədir. 

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri