16 
Sen
2022
12:54
111
12
658
Virtual karabakh

“TuranBank” “ASAN Məktub”la birgə məktəblilərin arzularını gerçəkləşdirib - FOTO

16 Sen, 2022
12:54
658

“TuranBank” “ASAN Məktub”la birgə məktəblilərin arzularını gerçəkləşdirib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan “TuranBank” 15 Sentyabr - Bilik günü münasibəti ilə növbəti xeyriyyə aksiyasına imza ataraq aztəminatlı ailələrin övladlarının arzularını gerçəkləşdirib. 

Belə ki, “ASAN Məktub” sosial proqramı çərçivəsində “TuranBank” əməkdaşları ASAN Könüllülərlə birlikdə öz arzularını yazan uşaqların görüşünə gedib, uşaqlara məktəb ləvazimatları, istəklərinə uyğun müxtəlif hədiyyələr təqdim edib. Adıçəkilən sosial layihə çərçivəsində Bank Ağcabədi rayonunun Muğanlı kəndinin kiçik sakinlərini sevindirib.

Bununla yanaşı Bank sosial məsuliyyət layihəsi çərçivəsində yeni dərs ili münasibətilə Tovuz rayonunun Ermənistan ilə sərhəddə yerləşən Əlibəyli kənd orta məktəbinin 1-ci sinif şagirdlərini, eləcə də şəhid övladlarını məktəb ləvazimatları, geyim və çanta ilə təmin edib.

Məlumat üçün qeyd edək ki, “TuranBank” Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində daim həssas əhali qruplarını diqqət mərkəzində saxlayır və dəstək olur. Bank hər zaman şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə aktiv iştirak edir. Bu ənənəyə sadiq qalan “TuranBank” “ASAN Könüllüləri” Təşkilatı və “YAŞAT” Fondu ilə birlikdə mütəmadi olaraq sosial layihələrdə əməkdaşlıq edir.

Bundan sonra da “TuranBank” həssas əhali qruplarına, o cümlədən gələcəyimiz olan uşaqlara dəstək layihələri, həssas əhali qruplarının ehtiyaclarının qarşılanması üzrə aksiyalar edərək onların üzündə təbəssüm yaratmağa davam edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri