20 
Sen
2022
09:00
180
14
1028
Virtual karabakh

“Huawei” tərəfindən Xəzər rayonundan olan uşaqlara maddi dəstək göstərilib - FOTO

20 Sen, 2022
09:00
1028

“Huawei” tərəfindən Xəzər rayonundan olan uşaqlara maddi dəstək göstərilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni təhsil ilinin başlanğıcında “Huawei” Xəzər rayonunda yaşayan şagirdlərə məktəb ləvazimatlarını ianə edib. Mərasimdə, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin deputatları Soltan Məmmədov və Rauf Əliyev, “Huawei Technologies Azərbaycan” MMC-nin Baş direktoru Xu Hui, “Huawei”in İctimaiyyətlə Əlaqələr və Kommunikasiya departamentinin Avrasiya regionu Birləşmiş Ölkələri üzrə vitse-prezidenti Chen Liang və digər rəsmilər iştirak ediblər.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Azərbaycanda təhsilə verilən diqqət və qayğı haqqında danışıb. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidentinin təhsillə bağlı təşəbbüsləri cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.

Milli Məclisin üzvü Soltan Məmmədov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidenti şəhid ailələri və veteranlara xüsusi həssaslıqla yanaşırlar. O, Birinci vitse-prezidentin təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Xəzər rayonunda yeni məktəblərin tikildiyini, bir sıra məktəblərin əsaslı təmir olunduğunu vurğulayıb.

“Huawei Azərbaycan” MMC-nin baş meneceri, David Xu

“Biz, daha çox istedadlı gənclərin yetişdirilməsi üçün səylərimizi əsirgəməyəcəyik. Biznes fəaliyyətindən başqa, Korporativ Sosial Məsuliyyət (KSM) fəaliyyətləri bizə daim irəliləməyə ilham verir”, - deyə “Huawei” Azərbaycanın Baş Direktoru David Xu bildirib.

Tədbir zamanı imkansız ailələrdən olan 50-yə yaxın şagirdə məktəb ləvazimatları və məktəbli formaları təmənnasız təqdim olunub.

İKT infrastrukturunun və ağıllı cihazların aparıcı qlobal təchizatçısı olaraq, “Huawei Azərbaycan”ın İKT sektorunun uzunmüddətli davamlı inkişafına köməklik göstərmək öhdəliyini götürüb. “Huawei” inanır ki, təhsil - yeni imkanlar yaratmaq və davamlı və sağlam inkişaf yolunu təşviq etmək üçün bir açardır. Buna görə də, təhsil və biliklərin ötürülməsi “Huawei”in qlobal Korporativ və Sosial Məsuliyyət (KSM) fəaliyyətlərinin əsas prioritetidir.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri