21 
Sen
2022
09:50
24
65
1462
Virtual karabakh

“Azercell” rəqəmsal kartının növbəli aktivasiyasına start verdi!

21 Sen, 2022
09:50
1462

“Azercell” rəqəmsal kartının növbəli aktivasiyasına start verdi!

Lider mobil operator öz rəqəmsal kartını ilk qrup abunəçilərinə təqdim edir

“Azercell”in yeni Fintek layihəsi çərçivəsində özündə həm bank, həm də mobil rabitə imkanlarını birləşdirən Azercell rəqəmsal kartı şirkətin rəsmi saytında öncədən sifariş prosesindən keçən məhdud abunəçi qrupu üçün artıq aktiv edilir. 

Abunəçilər “Kabinetim” tətbiqi vasitəsilə nağdsız hesablaşma, müxtəlif növ ödənişlər və digər əməliyyatları təhlükəsiz şəkildə həyata keçirməyə imkan verəcək rəqəmsal kartın aşağıdakı ilkin xidmət çeşidlərindən yararlana bilər: 

Kartın və cüzdanın aktivləşdirilməsi –  Kabinetim tətbiqi daxilində “Azercell” xidmət və satış mərkəzlərinə gəlmədən və heç bir fiziki sənəd imzalamadan rahat və tez bir şəkildə Rəqəmsal Karta qoşulma imkanı. 

“Müştərini tanı” (KYC) verifikasiyası – Real zaman rejimində üztanıma texnologiyaları əsasında ucdan-uca rəqəmsal identifikasiya imkanı. 

“Apple Pay” - ödəniş kartını üçüncü tərəflərə ötürmədən rahat və təhlükəsiz şəkildə nağdsız ödəniş həyata keçirmək imkanı. 

Kartdan karta köçürmə (Card to Card) – ölkədaxili istənilən bank kartına heç bir xidmət haqqı tutulmadan kartdan-karta köçürmə etmək imkanı. 

Cüzdandan cüzdana köçürmə (Wallet to wallet) – “Azercell” Rəqəmsal kartının istifadəçiləri arasında bir cüzdandan digər cüzdana heç bir xidmət haqqı tutulmadan vəsait köçürmə imkanı.

Tətbiq daxilində balansın artırılması – digər bank tətbiqinə keçmədən cüzdanın balansını artırmaq imkanı.

Kommunal ödənişlər – heç bir xidmət haqqı tutulmadan kommunal ödənişlər etmək imkanı.  

Layihənin sonrakı gedişatı ilə rəqəmsal kartın təqdim edəcəyi imkanların sayı da genişlənəcək.  

Müştərilərə hərtərəfli rəqəmsal təcrübə təklif edən rəqəmsal kart üçün öncədən sifariş iyul ayından etibarən mümkün olub və xidmətin aktiv edilməsi prosesi növbəli şəkildə həyata keçiriləcək. 

Həm fakturalı xətt, həm də fakturasız xətt (SimSim) abunəçiləri üçün nəzərdə tutulan Fintek layihəsi PAŞA Bank, Visa və “AzInTelecom” əməkdaşlıq çərçivəsində həyata keçirilir. PAŞA Bank, eyni zamanda rəqəmsal kartın emitenti qismində çıxış edir.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri