21 
Sen
2022
10:27
92
22
1378
Virtual karabakh

“Atəşgah” Sığorta çimərlik mövsümünün bağlanışı ilə bağlı #trashtag keçirib - FOTO

21 Sen, 2022
10:27
1378

“Atəşgah” Sığorta çimərlik mövsümünün bağlanışı ilə bağlı #trashtag keçirib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəmiyyətə, ətraf-mühitə faydalı addımlar atmaq, gələcək dünyamızı düşünmək, sosial məsuliyyətlərimizi dərk etmək hər bir şəxsin və toplumun borcu olduğunu hər zaman iddia edən “Atəşgah” Sığorta Şirkəti bugünədək vizyonuna sadiq qalaraq ölkəmizin firavan və ekoloji təmiz gələcəyi naminə çoxsaylı işlərə imza atıb.

Şirkət növbəti fəaliyyət dövrü ərzində də korporativ sosial məsuliyyətyönümlü layihələrini davam etdirəcəyi barədə açıqlama edib. 

Ötən gün təbiətimizi qorumaq naminə “Atəşgah” Sığorta Şirkəti tərəfindən keçirilən korporativ sosial məsuliyyətyönümlü tədbirlər sırasına daha bir “trashtag” aksiyası da əlavə olunub.

Çimərlik mövsümünün bağlanışı münasibətilə Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mərdəkan qəsəbəsində keçirilən bu tədbirdə “Atəşgah” Sığorta komandası tərəfindən dəniz kənarındakı məişət tullantıları toplanaraq, emal üçün müvafiq quruma təqdim edilib.

Statistikaya görə, hər il dünyada 500 milyon ton plastik məhsul istehsal olunur. Plastik və polietilen məhsulların parçalanaraq yox olması üçün torpaqda 800, dənizdə isə 400 il vaxt lazım gəlir. “Atəşgah” Sığorta Şirkətinin sosial məsuliyyətyönümlü layihə və tədbirlərinin əsas məqsədlərindən biri də ətraf mühitin qorunmasını qurumlar və insanlar arasında təbliğ etmək, daha çox insan kütləsini sosial məsuliyyətli olmağa çağırmaqdır.  

Yüksək etibarlılıq imicinə malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri