23 
Sen
2022
10:46
62
22
1914
Virtual karabakh

“Apple”in yeni məhsulları: “Apple Watch Ultra”nın öncədən sifarişinə, “Apple Watch 8”in satışına start verilir

23 Sen, 2022
10:46
1914

“Apple”in yeni məhsulları: “Apple Watch Ultra”nın öncədən sifarişinə, “Apple Watch 8”in satışına start verilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 7-si keçirilmiş təqdimatda “Apple” şirkətinin əsas yeniliyi “Apple Watch Ultra” saatı oldu. Bir çoxları iddia edir ki, Kupertinoda çoxdan onun üzərində işlər aparılırdı. Yeni smart-saatlar sadəcə mövcud “Apple Watch” saatları əsasında hazırlanmayıb, onların yaradılmasında peşəkar idmançılar və mütəxəssislər də iştirak ediblər.

Artıq bu gün, sentyabrın 23-ü rəsmi “Apple” resellerlərinin mağazalarında “Apple Watch Ultra” modelini öncədən sifariş edə və “Apple Watch Series  8” modelini əldə edə bilərsiniz.

Alma Store”, “Kontakt Home”, “Baku Electronics”, “Irshad, Myshops, Maxi.az,

Korpus

“Apple Watch 8” və SE 2 alüminium korpusda hazırlanıb, “Series 8” modelinin isə polad variantı da var (bu saatlar daha baha və 10 qram daha ağır olacaq). “Apple Watch Ultra” isə yalnız titan korpusda təqdim olunur. Bu material poladdan yüngül olsa da, alüminiumdan ağırdır. Bundan əlavə, “Ultra” silsilənin ölçücə ən böyük modelidir.

“Apple Watch Series 8”

Bütün modellər sukeçirməzdir, lakin “Apple Watch Ultra” suda 100 metrədək (statik halda) dərinliyə dalmağa imkan verir. “Series 8” və SE modellərində bu göstərici 50 metr idi. Bu saatlardan yalnız “Ultra” modeli dayvinq üçün uyğundur. Onların korpusu isə MIL-STD-810 hərbi standartı üzrə qorunur.

Ekran

Bütün “Apple” smart-saatları OLED ekranla təchiz edilsə də, bir-birindən fərqlidir. Nazik çərçivəsi sayəsində “Apple Watch Series 8” modelinin displeyi daha cəlbedici görünür.

“Ultra” modelinin çərçivəsinin böyük olması isə zərbəyədavamlı korpusla əlaqəlidir.

 “Apple Watch Series 8” və SE 2 modellərinin ekran parlaqlığı 1000 nitə çatır. Bu, əla göstəricidir. Lakin “Apple Watch Ultra” modelində bu göstərici iki dəfə daha artıqdır və 2000 nitə çatır.

“Apple Watch Ultra”

Funksiyaları

Bütün modellər (SE, Series 8, Ultra) əsas funksiyaları dəstəkləyir. Bura aşağıdakı funksiyalar daxildir:

● Nəbz tezliyinin ölçülməsi və normanın pozulması haqqında xəbərdarlıq edilməsi;
● menstruasiya dövrlərinin izlənməsi;
● yuxu rejiminin təhlili;
● məşq rejimləri;
● təcili SOS siqnalı;
● yıxılmanın aşkarlanması;
● yol-nəqliyyat hadisəsinin (qəzanın) aşkarlanması; 
● kompas və GPS;
● biləyi çevirməklə ekranın işə düşməsi;
● hündürlükölçən;
● mobil rabitə;
● smartfonla əlaqələndirmə imkanı.

“Apple Watch Series 8” və “Apple Watch SE”

“Series 8” modeli sadalanan funksiyalardan savayı həm də aşağıdakı funksiyalara malikdir:

● “Always-On-Display”;
● qanda oksigenin miqdarının ölçülməsi;
● EKQ üçün tətbiq;
● ovulyasiyanın retrospektiv qiymətləndirməsi ilə menstruasiya dövrlərinin izlənməsi;
● sürətli şarj.“Apple Watch Ultra” — daha müasir modeldir. O, “Series 8” modelinin bütün üstünlükləri ilə yanaşı, həm də aşağıdakı üstünlüklərə malikdir:
● tənzimlənən fəaliyyət düyməsi;
● suyun temperaturunun ölçülməsi funksiyasına malik dərinlikölçən;
● Oceanic+ tətbiqi;
● 86 dB səs siqnalı;
● ikitezlikli GPS.

Avtonomluq

“Series 8” və SE 2 modellərinin avtonom işləmə müddəti 18 saat olduğu halda, “Ultra” modeli standart iş rejimində 36 saatadək işləyə bilir. Bundan əlavə, “WatchOS 9” yeniliyi sayəsində bütün “Apple” smart-saatları enerjiyə qənaət funksiyasına malikdir. Bu, “Apple Watch Series 8” və 2-ci nəsil SE modellərinin iş qabiliyyətini 36 saatadək, “Watch Ultra” saatlarının isə 60 saatadək uzatmağa imkan verir.

Hansı “Apple Watch” saatları daha üstündür?

Əlbəttə ki, “Apple Watch” xüsusiyyətlərinin müqayisəsi baxımından “Apple Watch Ultra” digər modellərdən daha üstündür. “Ultra” saatların üstünlüyündən dayvinqlə məşğul olan və ya ekstremal şəraitdə işləyən/istirahət edən şəxslər daha çox faydalana bilərlər.

Korpusun geniş rəng seçimi və iki ölçüdə olması sayəsində “Apple Watch Series 8” bu silsilədə ən universal modeldir. Bu saatlar həmçinin qanda oksigenin səviyyəsinin ölçülməsi, EKQ-nın hazırlanması və menstruasiya dövrlərinin izlənməsi kimi qabaqcıl funksiyalara malikdir.

Əgər sadalananlardan heç biri sizə lazım deyilsə, rahatlıqla “Apple Watch SE 2” modelini seçə bilərsiniz. Bu model eyni prosessor ilə təchiz edilib, habelə smartfon ilə əlaqələndirmə üçün lazımi imkanlara malikdir. 

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri