23 
Sen
2022
17:30
26
185
2560
Virtual karabakh

“Bakcell” xidmətlərində yaranmış fasilə ilə bağlı əlavə məlumat verib

23 Sen, 2022
17:30
2560

“Bakcell” xidmətlərində yaranmış fasilə ilə bağlı əlavə məlumat verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlum olduğu kimi, sentyabrın 21-də axşam saatlarında yaranmış texniki nasazlıq nəticəsində “Bakcell” xidmətlərindən istifadə etmək mümkün olmayıb.

“Bakcell” şirkəti bildirir ki, hazırda şəbəkənin təkmilləşdirilməsi və ən son texnoloji həllərin tətbiqi istiqamətində beynəlxalq tərəfdaşlarla birlikdə böyük layihələr həyata keçirilir:

“21 sentyabr tarixində axşam saatlarında şirkətin xidmətində yaranmış fasilə “Nokia” ilə birlikdə aparılan genişmiqyaslı modernizasiya işləri ilə bağlı olub.

Problemin həlli istiqamətində “Nokia”nın beynəlxalq dəstək komandası və “Bakcell”in texniki heyəti birlikdə çalışıb və texniki nasazlıq tam aradan qaldırılıb.

Xidmətlərimizin göstərilməsində yaranan fasiləyə görə abunəçilərimizdən üzr istəyirik”.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri