26 
Sen
2022
11:33
65
25
1480
Virtual karabakh

Beyin şişləri üçün “Gamma Knife” üsulu ilə müalicədən nə gözləmək lazımdır? Real həyat hekayəsi - FOTO

26 Sen, 2022
11:33
1480

Beyin şişləri üçün “Gamma Knife” üsulu ilə müalicədən nə gözləmək lazımdır? Real həyat hekayəsi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gamma Knife” radiocərrahiyyəsi beyin xəstəliklərinin müalicəsində ən son səhiyyə texnologiyasıdır. Prosesdə beyin şişlərini və digər beyin xəstəliklərini müalicə etmək üçün yüksək enerji daşıyan şüalardan istifadə edilir. Eyni zamanda bu üsul beyin şişlərinin bir çox növləri üçün dəyişdirilmiş müalicə protokollarına malikdir. Misal üçün, xoşxassəli beyin şişi olan meningioma bunlardan biridir.

“Acıbadem” klinikasında müalicə alan bir xəstənin beynində meningioma olub. Onun gündəlik xroniki baş ağrıları var idi. Bu xəstənin tələbəsinin atası ona bir müddət əvvəl tibbi konqresə qatıldığını və İstanbulda beyin şişlərinin radiocərrahiyyə müalicəsi üzrə ixtisaslaşan neyrocərrahın olduğunu öyrəndiyini bildirib. O qeyd edib ki, həmin şəxs Koray Özdumandır. Daha sonra “Gamma Knife” üsulunu izah edərək bildirib ki, bu radiocərrahiyyə onun beynindəki şişi məhv edə bilən innovativ müalicə üsuludur. Adında bıçaq sözü olmağına baxmayaraq, bu müalicə üsulunda kəsiklər və ya cızıqlar olmur. Bu, hədəflənmiş, minimal invaziv şüa terapiyasının bir formasıdır.

Pasiyent əvvəlcə “Acıbadem” klinikasına sifətinin yarısında uyuşma və xroniki başağrısı şikayətləri ilə müraciət edib. Daha sonra “Acıbadem” xəstəxanasında üç “Tesla” MRT aparılıb və görmə sinirlərinə yaxın (sol kavernoz sinusun yan divarından yaranan) meningioma aşkar edilib. Bu zaman professor Koray Özduman “Gamma Knife” ilə tək seansda radiocərrahiyyə edib.

Qeyd edək ki, “Gamma Knife” radiocərrahiyyəsi ambulator prosedurdur və bütün proses bir gündən çox çəkmir, müalicədən sonra xəstələr evlərinə gedə bilərlər.

Müalicədən bir il sonra pasiyent həmin şişlə bağlı yenidən professor Özdumanı ziyarət edib. Müayinə zamanı məlum olub ki, meningioma xeyli kiçilib və xəstənin hazırda heç bir şikayəti yoxdur.

Məlumat üçün bildirək ki, “Acıbadem Gamma Knife Birliyi”nin direktorlarından biri olan  neyrocərrah, professor Özduman xüsusilə beyindəki həyati strukturları əhatə edən meningiomalar üzrə ən ixtisaslaşmış həkimlərdən sayılır.

“Gamma Knife” müalicəsi kimlərə tətbiq oluna bilər?

Əgər bunlar sizdə varsa, siz radiocərrahiyyə ola bilərsiniz:

• Metastatik şişlər, ağciyərdən, döşdən və ya böyrəkdən beyinə yayılmış şişlər;
• Xoşxassəli beyin şişi (akustik neyroma, meningioma, kraniofaringioma, hipofiz adenoması, hemangioblastoma, glomus şişi);
• Trigeminal nevralgiya; 
• Qlioblastoma (GBM), aqressiv beyin xərçəngi;
• Arteriovenoz malformasiya (AVM) və kavernoma.

Professor Koray Özduman haqqında:

Professor doktor Koray Özduman Türkiyədə neyroonkologiya və beyin şişlərinin müalicəsi, neyrocərrahiyyə üzrə aparıcı mütəxəssisdir. 2000-ci ildə o, Yaponiyanın Matsumoto Universitetinin Neyrocərrahiyyə Departamentində klinika təhsili alıb. Daha sonra ABŞ-ın Yel Universitetində kliniki (2002-2003) və tədqiqat üzrə təhsilini (2005-2007) başa vurub. Hal-hazırda “Acıbadem” Universiteti Tibb Fakültəsi Neyrocərrahiyyə Departamentində neyrocərrahiyyə professoru və Türkiyənin İstanbul şəhərində “Acıbadem” Sağlamlıq Qrupunda “Qamma Bıçağı Birliyi”nin direktorlarından biridir. Professor Özduman qliomalara xüsusi diqqət yetirən “Acıbadem” Universiteti Beyin Şişləri Araşdırma Qrupunun qurucu üzvü və Amerika Nevroloji Cərrahlar Cəmiyyətinin beynəlxalq üzvüdür.

“Acıbadem Altunizade” xəstəxanası haqqında

2017-ci ildə qurulan “Acıbadem Altunizade” Türkiyənin və regionun aparıcı özəl tibb müəssisəsi olan “Acıbadem Healthcare Group”un ən yeni xəstəxanasıdır. Onun unikal arxitekturası, ən müasir texnologiyası və kliniki mükəmməlliyi pasiyentlərin rahatlığını ən yüksək səviyyədə təmin edir ki, bu da “Acıbadem” brendinin məşhur özəlliklərindən biridir. “Acıbadem  Altunizade” onkologiya, neyrocərrahiyyə, ürək xəstəlikləri, robotik cərrahiyyə və hüceyrə terapiyası başda olmaqla bir çox tibb sahələrində uşaq və yetkin xəstələrə qabaqcıl diaqnostika və müalicə xidmətləri göstərir. Onun üçlü hibrid əməliyyat otağı sistemindən tutmuş, özünü dezinfeksiya edən qapı tutacaqlarına qədər bütün elementləri xəstənin müalicəsinin effektivliyini və təhlükəsizliyini artırır. “Acıbadem Altunizade” 98.000 kv.m qapalı sahəsi ilə xəstələrin bütün ehtiyaclarını ödəyə biləcək avadanlıqlara malikdir.

Qeyd edək ki, “Acıbadem” klinikasının Bakı nümayəndəliyinin xəstələrə məsləhət almaq və müalicə üçün Türkiyəyə getməyə kömək edəcəyi ofisi Bakı şəhəri, Səməd Vurğun küçəsi 36 ünvanında yerləşir.

Tel.: +994 12 595 96 81.

Eləcə də, veb-saytdan və ya rəsmi nümayəndəlikdən bir ərizə göndərərək “Acıbadem”in aparıcı həkimlərindən müstəqil surətdə konsultasiya ala bilərsiniz: http://www.acibadem.com.az/

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri