26 
Sen
2022
12:45
33
13
526
Virtual karabakh

“Cubics” həlləri sayəsində biznesdə vaxtın səmərəli idarə edilməsi - FOTO

26 Sen, 2022
12:45
526

“Cubics” həlləri sayəsində biznesdə vaxtın səmərəli idarə edilməsi - FOTO

Bəzi iş adamları vaxt azlığından şikayət edir və gün ərzində 24 deyil, 30 saatın olmasını arzulayırlar, digərləri isə nəinki bütün iş görüşmələrinə özünü vaxtında çatdırır, həm də ailəsinə və dostlarına kifayət qədər vaxt ayıra bilirlər.

Bunun əsas səbəblərindən biri görülən işlərin və keçirilən görüşlərin doğru qaydada planlanmasıdır. Növbəti vaxtın nahar fasiləsi və ya görüş üçün ayrılacağını bilmirsinizsə bütün işlərin ləngiməsi və qeyri-effektiv qaydada idarə edilməsi qaçılmazdır.

Cubics istifadəçiləri vaxt azlığından şikayətlənmir. Buna səbəb bu həllərin iş adamlarını və onların komandasını daim cədvələ uyğun saxlamasıdır. Gəlin Cubics sistemlərinin iş adamlarının vaxtını idarə etməsinə necə yardımçı olmasına birlikdə nəzər yetirək.

Sistem intuitivdir

Bu həqiqətən də vaxt itkisinin əsas səbəblərindən biridir. Belə ki, istifadə edilən sistem qəliz olduğu təqdirdə, iş adamları onun istifadəsini başa düşmək üçün təlim və treninqlərdə saatlarla vaxt sərf edirlər. Bundan əlavə, bu məlumatların yadda qalması və sistemə adaptasiya olunmaq üçün aylarla vaxt keçir.

Cubics həlləri olduqca intuitiv olduğu üçün iş adamları və onların komandası bu vaxt itkisi ilə üzləşmirlər. Sistemin istifadə edilməsi olduqca asandır, bütün əməliyyatlar bir neçə kliklə baş verir.

İşin yerinə yetirilmə müddəti ölçülür

Müxtəlif işçi fərqli çətinliklərlə üzləşə bilər və ya, əksinə, hansısa işçi maksimal dərəcədə sürətli çalışa bilər. Rəhbərin bu barədə məlumatı varsa iş prosesi maksimal dərəcədə effektiv idarə edilə bilər.

Cubics tapşırıqlar hansı işçinin neçə müddət tapşırığa vaxt sərf etdiyini izləməyə yardımçı olur, insan resurslarının imkanlarını dəyərləndirməyə kömək edir və tapşırığın vaxtında yerinə yetirilməsi üçün rəhbərləri agah saxlayır.

Bildirişlər lazımi anda xatırladır

Heç bir görüşə gecikilməsin, heç bir telefon zəngi unudulmasın, heç bir məktub göndərilməmiş qalmasın deyə Cubics həlləri daxilində, habelə imeyl üzrə sistem bildirişləri daim köməyə çatır. Bildirişlər ixtiyari müddətdə xatırlatma xüsusiyyətinə malikdirlər.

İnteqrasiyalar məlumatları ötürür

Sistemləşmə başqa platformalarda baş tutubsa və gələcəkdə digər proseslər Cubics həlləri ilə avtomatlaşdırılıbsa, o zaman başqa platformada olan məlumatları Cubics sisteminə inteqrasiya etmək mümkündür.

Sistemə dünyanın istənilən nöqtəsindən və hər hansı cihazdan giriş əldə etmək olar?

Təsəvvür edin ki, hər hansı vacib hesabatı yükləmək üçün ofisdəki kompüterdən lokal serverə bağlı olmalısınız, siz isə artıq evdəsiniz. Gərək tənha ofisə yollansanız və orada olan hesabatı və faylı yükləyəsiniz. Bu da həm şəxsi həyatınız üçün mənfi təsir daşıyır, həm də kifayət qədər vaxt itkisinə səbəb olur.

Cubics istifadəçiləri bulud üzərindən girişi əldə etdikləri üçün bu cür problemlə qarşılaşmırlar. Bundan əlavə olaraq, adıçəkilən həllər bütün cihazlara adaptasiya edildiyi üçün kompüterin olması şərt deyil.

Yuxarıda qeyd edilən çətinlik yaranarsa, Cubics istifadəçisi elə öz telefonunda bir neçə klikə lazımi faylı yükləyib əldə edə bilər.

Ətraflı məlumat üçün:

https://www.cubics.technology/

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri