26 
Sen
2022
16:57
45
265
2394
Virtual karabakh

Qazananların real hekayələri: Lotereya qalibi illərdir arzusunda olduğu evi tikdirdi - VİDEO

26 Sen, 2022
16:57
2394

Qazananların real hekayələri: Lotereya qalibi illərdir arzusunda olduğu evi tikdirdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərlotereya” ASC “Qazananların hekayəsi” adlı layihəsini davam etdirir. 

“Azərlotereya”nın təşkil etdiyi ani lotereyalarda qalib olan şəxslərin hekayələri, qazandıqları mükafatın onların həyatına müsbət təsiri ilə bağlı məqamların yer aldığı “Qazananların hekayəsi”ndə növbəti qəhrəman Füzuli rayonunun Qarabağ kənd sakini Mahir Qarayevdir.

“Qızıl” ani lotereyasında böyük uduş - 25 000 manatın sahibi olan Mahir bəy qazandığı mükafatı illərdir arzusunda olduğu evin tikintisinə xərclədiyini deyir.

Heyvandarlıqla məşğul olan Mahir Qarayevin evinin tikintisi başa çatmaq üzrədir:

“Çalışırdım ev tikim, ancaq mənim o imkanım yox idi. “Poz-qazan” lotereyası aldım, 25 000 manat uddum. Çox sevindim. Hamı deyirdi ki, sənin ona ehtiyacın vardı. Qazandığım mükafatla balalarım üçün ev tikdirdim. İndi mən ev sahibiyəm, evim var”.

Daha ətraflı videoda:

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri