28 
Sen
2022
10:28
34
61
693
Virtual karabakh

“Bank BTB” özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrə dəstək oldu

28 Sen, 2022
10:28
693

“Bank BTB” özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrə dəstək oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bank BTB” əhalinin həssas qruplarına özünüməşğulluq proqramı çərçivəsində yenidən dəstək oldu.

Belə ki, bank Sabunçu, Neftçala və Qusar rayonlarında yaşayan 4 aztəminatlı ailəni öz seçimlərinə uyğun lazımi avadanlıq və ləvazimatlarla təmin edib. Onlardan Namazova İradə - kiçik dərzi sexi, Əzimova Gülnur - qadın gözəllik salonu, Əhmədxanov Zahir – musiqiçi, Cəfərli Təbriz - kişi bərbərxanası istiqamətində kiçik biznesini “Bank BTB”nin dəstəyi ilə qurmağa başlayıb.

Qeyd edək ki, “Bank BTB” Özünüməşğulluğa Dəstək proqramı çərçivəsində ümumilikdə 44 ailəyə dəstək olub.

Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 8 xidmət nöqtəsilə müştərilərə xidmətlərini təqdim edir.

Bankın məhsul və xidmətləri barədə məlumat almaq istəyən şəxslər rəsmi sosial media kanalları olan “Facebook” (www.facebook.com/bankbtb) və “Instagram” (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 300 09 46 “WhatsApp” (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri