28 
Sen
2022
10:46
72
35
2986
Virtual karabakh

Paul&Shark: Aktiv həyat tərzli insanlar üçün innovativ geyim - FOTO

28 Sen, 2022
10:46
2986

Paul&Shark: Aktiv həyat tərzli insanlar üçün innovativ geyim - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Geyimdə innovasiyalar? Bəli, bu mümkündür! İtaliya brendi olan Paul&Shark təkcə yüksək keyfiyyəti və tanınan dəsti-xətti ilə deyil, həm də geyim yaradıcılığına unikal innovativ yanaşma ilə seçilir və nəinki zamanla ayaqlaşır, hətta bir addım irəlidə gedir.

Məsələn, Paul&Shark brendinin gödəkcələri tam suya davamlıdır, eyni zamanda hava sirkulyasiyasını təmin edirlər və bu, onları son dərəcə rahat edir. Bakı həyatının vacib hissəsi olan küləyə davamiyyəti isə Paul&Shark modellərini bizim üçün xüsusilə uyğun edir. Brendin innovativ üstünlükləri: istifadə olunan parçaların çirki və ləkələri özünə hopdurmamaq imkanı və ciblərin elektromaqnit dalğalarına qarşı qoruyucu qatıdır. Bu da cibinizdə mobil telefon gəzdirməyinizin sağlamlığınız üçün tamamilə təhlükəsiz olması deməkdir.

Bəs rənglərin musiqi əsərləri ilə əlaqəsi barədə necə, eşitmisiniz?

Paul&Shark şirkətində çalışan musiqi mütəxəssisi rənglərə uyğun musiqi əsərlərini müəyyən etməklə məşğul olur. İnsan beynində mavi, ağ və göy rənglər Bethovenin 9-cu simfoniyası, qırmızı rəngin mavi və göy ilə ahəngi isə Şopenin 27-ci noktürnü ilə əlaqələnir. Bu da ki, bizim özümüzü brendin geyimlərində xüsusilə rahat və xoşbəxt hiss etməmizə təsir göstərir.

Daha bir innovasiya  - brendin ətraf mühitin qorunmasına diqqət yetirməsidir. Bəzi məhsullar bütövlüklə yalnız təkrar emal edilən materiallardan istehsal olunur. Beləcə, brend dünyada baş verən ekoloji problemlərə biganə qalmadığını nümayiş etdirir.

Və əlbəttə ki, brendin modellərinin yüksək zövq rəmzi olduğunu unutmayaq. Köpək balığı şəklində loqolu geyimlər yalnız İtaliyada və yalnız təbii materiallardan istifadə edilərək istehsal olunur. Modellərin tərzi onları həm tətil zamanı, həm də gündəlik həyat üçün uyğun edir. Həmçinin, bütün kolleksiyalarda bir birinə uyğun modellər var ki, bu da, asanlıqla dəbli obrazlar yaratmağa imkan verir.

Brendin Payız-Qış 2022/2023 kolleksiyası ilə siz “Port Baku Mall”da 1-ci mərtəbədə yerləşən mağazada tanış ola bilərsiniz.

Əlaqə nömrəsi: +99451 225 80 72

 

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri