28 
Sen
2022
12:00
93
79
917
Virtual karabakh

Bakı Apellyasiya Məhkəməsinin hakimi Xorvatiya Respublikasında rəsmi səfərdə oldu - FOTO

28 Sen, 2022
12:00
917

Bakı Apellyasiya Məhkəməsinin hakimi Xorvatiya Respublikasında rəsmi səfərdə oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xorvatiya Respublikası Ədliyyə və Dövlət İdarəçiliyi Naziri İvan Maleniçanın dəvəti ilə Bakı Apellyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlı Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti qismində cari ilin sentyabr ayının 19-da Xorvatiyada rəsmi səfərdə olub.

Ötən müddət ərzində Xorvatiyada məhkəmə sisteminin səmərəliliyi və keyfiyyətinin artırılması və Avropa standartlarına uyğunlaşdırılması məqsədilə CEPEJ-in ekspertləri tərəfindən həmin ölkənin məhkəmə sistemində bir çox işlər görülmüş, o cümlədən müxtəlif alətlərin məhkəmələrdə tətbiq olunması təmin edilib.

Əldə olunmuş nəticələrlə tanış olmaq üçün CEPEJ-in rəhbəri Ramin Qaraqurbanlı Xorvatiyaya rəsmi səfəri zamanı Zaqreb və Split şəhərindəki apellyasiya və şəhər məhkəmələrində olarkən sədr və hakimləri ilə işgüzar görüşlər keçirib.

Eyni zamanda, Xorvatiyanın Ədliyyə və Dövlət İdarəçiliyi Naziri ilə ikitərəfli görüş zamanı Dövlət Məhkəmə Şurasının, Ali Məhkəmənin, Ali Cinayət İşləri Məhkəmənin və Baş Prokurorla gələcək fəaliyyət istiqamətləri barədə müzakirələr aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri