28 
Sen
2022
16:29
94
19
1153
Virtual karabakh

“Liv Bona Dea Hospital” Vətən müharibəsinin başlanmasının ildönümünə həsr olunan tədbir keçirib - FOTO

28 Sen, 2022
16:29
1153

“Liv Bona Dea Hospital” Vətən müharibəsinin başlanmasının ildönümünə həsr olunan tədbir keçirib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Liv Bona Dea Hospital” Vətən müharibəsinin başlanmasının ildönümünə həsr olunan tədbir keçirib. 

Bu dəfə Azərbaycan və Türkiyə səhiyyəsinin nümayəndələri gələcəyimiz olan uşaqlar üçün bir araya gəliblər.

Bu münasibətlə hospital “YAŞAT” Fondu, “Zəfər” İctimai Birliyi və “Talassemiya Mərkəzi”nin dəstəyilə güclərini gələcəyimiz olan uşaqlar üçün birləşdirib. “Həkim uniformasının boyanması” adlı tədbirdə Vətən müharibəsi iştirakçıları, şəhid ailələri və onların övladları iştirak ediblər. Tədbirdə 100 uşağa ödənişsiz müayinə paketi hədiyyə edilib.

Görüşdə Türkiyə və Azərbaycandan olan iş adamları, millət vəkilləri, müxtəlif dövlətlərin Azərbaycandakı səfirliklərinin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Qeyd edək ki, hospitalın sentyabr ayı ərzində təşkil etdiyi tədbirlərdə ehtiyacı olan 100 nəfərə ağciyər müayinəsi, sosial vəziyyəti aşağı olan 300 qadına süd vəzisi və mammoqrafiya müayinəsi tam ödənişsiz həyata keçirilib.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri