29 
Sen
2022
11:42
14
111
695
Virtual karabakh

Qadınların səlahiyyətləndirilməsi və gücləndirilməsi - FOTO

29 Sen, 2022
11:42
695

Qadınların səlahiyyətləndirilməsi və gücləndirilməsi - FOTO

Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev demişdir: “Bir oğlana təhsil versən, savadlı bir adam qazanarsan. Lakin bir qıza təhsil versən - savadlı bir ailə”.

“Holcim” mərkəzinin Qaradağ rayonunun Ümid qəsəbəsində təşkil etdiyi 3 aylıq tibb bacısı kursları bu gün başa çatdı. Təlim zamanı 20 qadın və qız ilkin tibbi yardım proqramını başa vurub, iynə vurmağı öyrənib, dərmanlar haqqında məlumat əldə edib, bəzi xəstəlikləri əlamətlərinə görə tanımağı öyrənib, ən əsası isə özlərini tanıyıblar.

Kursun iştirakçısı Cəmilə Fətullayeva deyir: “Özümə inamım artdı və ailəmə faydalı olduğumu hiss etdim”.

Mərkəzdə kurslarla yanaşı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə yaradılmış uşaq bağçası da fəaliyyət göstərir. Qadınlar üçün özünüinkişaf üzrə təlimlər və kurslar keçirilir, qadınlara psixoloji məsləhətlər verilir. “

Çox şadam ki, “Holcim” şirkəti bizim üçün bu cür mərkəz yaradıb, biz burada təkcə təhsil almırıq, həm də özümüz layihələr həyata keçiririk, qəsəbədə yaşıllıq salırıq, uşaqlar üçün Novruz bayramı təşkil edirik və s.”, - deyə mərkəzin fəalı Lamiyə Qurbanova belə deyir.

Qaradağ rayon icra başçısının müavini Təranə İsmayılova, İsveçrə səfirliyinin missiya rəhbərinin müavini və İsveçrə Əməkdaşlıq Bürosunun regional direktorunun müavini Alberto Hernandez, Marakeş krallığınin səfirliyi, Missiya rəhbərin muavini Mohamed Karim Halim, “Fem ACT” Azərbaycan Qadın Fondunun rəhbəri Pərvanə Məmmədova, “Holcim Azərbaycan” şirkətinin Baş direktoru Xalid Samaka və “Holcim” Qaradağ Sement Zavodunun Texniki direktoru Əli Hüseynov kursun məzunlarını təbrik etmək üçün bu tədbirə qoşulublar.

Bəziləri üçün bu, ilk hazırlıq kursları idi və qızlar əldə etdikləri biliklərdən həvəslənərək təhsillərini davam etdirmək, kollec və ya ali məktəblərə daxil olmaq niyyətindədirlər.

Müəssisələr, QHT-lər və dövlət qurumları arasında uğurlu sosial tərəfdaşlıq, layihənin dayanıqlı inkişafı üçün yaxşı əsas ola bilər.

“Korporativ Sosial Məsuliyyət bizim dayanıqlıq strategiyamızın bir hissəsidir. Tikinti sənayesində innovasiyaların tətbiqi, dairəvi iqtisadiyyatın tətbiqi və tikinti tullantılarının utilizasiyası proqramlarının həyata keçirilməsi ilə paralel olaraq biz sosial təşəbbüsləri daim xatırlayır və dəstəkləyirik. Bundan əlavə, “Holcim” şirkəti BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətləndirilməsi Məsələləri üzrə Quruma (UN WEP) qoşulmuş və üzərinə, fəaliyyətinin bütün sahələrində gender bərabərliyi prinsipini əsas istiqamətə çevirmək öhdəliyini götürmüşdür və bu layihə bizim bu prinsiplərə sadiqliyimizin bariz nümunəsi ola bilər. Biz qadınların səlahiyyətlərini genişləndirmək və artırmaq üzrə layihələri dəstəkləməyə davam edəcəyik”, - Baş direktor Xalid Samaka çıxışında belə deyib.

“Holcim Azərbaycan” haqqında:

“Holcim” insanlar və planet üçün tərəqqi yaradır. Sement, HQB, beton, bərk beton qarışığı və termoblok üzrə innovativ və dayanıqlı tikinti həlləri sahəsində qlobal liderlər sırasında yer alan “Holcim Azərbaycan” şirkəti Azərbaycanda daha yaşıl şəhərlərin, daha ağıllı infrastrukturun yaradılmasını və həyat standartlarının yaxşılaşdırılmasını təşviq edir. Strategiyasının əsasını dayanıqlılıq təşkil edən “Holcim” şirkəti, uğurunun qayəsini təşkil edən işçiləri və icmaları ilə sıfır emissiyalı şirkətə çevrilib. Şirkət daha az sərfiyyatla daha çox inşa etmək məqsədi daşımaqla, dairəvi iqtisadiyyata, tullantıların idarə edilməsinə və təkrar emalına önəm verir. “Holcim” bütün dünyada 4 biznes seqmenti - sement, hazır qarışıq beton, aqreqatlar, həllər və məhsullar - vasitəsilə insanlar və planet üçün tərəqqi yaratmaq həvəsində olan 70 000 insanı bir araya gətirən şirkətdir.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri