29 
Sen
2022
16:55
102
246
4033
Virtual karabakh

“Lamborghini Baku” yeni şou-rumunun açılışını etdi: Dünyada yeganə olan model BAKIDA – FOTO

29 Sen, 2022
16:55
4033

“Lamborghini Baku” yeni şou-rumunun açılışını etdi: Dünyada yeganə olan model BAKIDA – FOTO

28 sentyabr 2022-ci ildə “Lamborghini” rəsmi olaraq Bakıda öz yeni şou-rumunun açılışını edib.

Oxu.Az xəbər verir ki, möhtəşəm aurada keçirilən açılış mərasimdə şirkətin Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionu üzrə rəhbəri Françesko Kreşçi və Mərkəzi, Qərbi Avropa və MDB regionu üzrə rəhbəri Feliks Rongen iştirak ediblər.

Onlar birlikdə VIP qonaqlara yeni istifadəyə verilmiş “Lamborghini Huracán Tecnica”-nı təqdim ediblər. Qeyd edək ki, bu modelin hələlik ilk və yeganə nüsxəsidir. Həmin avtomobilin təqdimatı isə Bakıda keçirilib.

Tədbir zamanı F.Kreşçi “Lamborghini” şirkəti, onun tarixi, istehsal statistikası, müxtəlif modellər haqqında geniş məlumat verib. Onun sözlərinə görə, şirkət 2022-ci ilin ilk yarısında 2021-ci ilin satış nəticələrinə çatıb. 

O, jurnalistlərə açıqlamasında 2023-cü il üçün proqnozlarını da açıqlayıb:

“Gözləntilərimiz 2023-cü ildən odur ki, yenə də təbii olaraq orqanik artım olacaq. Daha çox maşınlar satacağıq. Burada bir tərəfdən bizim istehsal etdiyimiz məhsul özəlliyi, həmçinin həmkarlarımın gördükləri böyük iş var. Gözləntilərimiz odur ki, növbəti ildə də göstərilən rəqəmlər artacaq. Lakin bir şeyi unutmamalıyıq ki, “Lamborghini” heç bir halda kütləvi maşın istehsal etmir. Bu, müəyyən mənada əynimizə tikilən fərdi kostyuma bənzəyir. Biz müştərilərin tələbatına əsasən onlara maşın istehsal edib təhvil veririk. Burada kütləvilikdən, maşınları istehsal edib anbarda saxlamaqdan söhbət getmir. 

Həmçinin onu qeyd edim ki, 2023-cü ildə biz bazara, müştərilərimizə yeni məhsullar da təqdim edəcəyik.  Burada URUS xətti tamamlanacaq. Eyni zamanda, V10 mühərriklərinin yeni nəslini ortaya çıxaracağıq. Odur ki, müştərilərimiz üçün kifayət qədər yeniliklər var”. 

F.Kreşçi “Lamborghini” həvəskarlarını ilin sonunadək növbəti sürprizin gözlədiyi anonsunu da verib. 

225 kvadratmetr ərazisi olan yeni şou-rum paytaxtın Zərifə Əliyevin 31 ünvanında yerləşir və yeni brend rahat və məxfi atmosferə önəm verərək layihələndirilib. Fərdiləşdirmə proqramı çərçivəsində potensial müştərilər məhsulların çeşidləri ilə tanış ola bilər və ya “Ad Personam” adlanan ehtiyatlandırılmış zonada öz fərdi konfiqurasiyalarını yarada bilərlər: fərdiləşdirmə proqramı çərçivəsində sahibləri demək olar ki, limitsiz boya çeşidləri, həmçinin dəri, xüsusi tikişlər, karbon lif elementləri və yeni avtomobilləri üçün bir çox başqa özəl seçimlər gözləyir.

Brendin ən yeni texnologiyaları ilə təchiz olunmuş şou-rumu nəqliyyat vasitələrinin həvəskarlarına eksklüziv dairəvi təcrübə təklif edir, təlim almış “Lamborghini” mütəxəssisləri müştərilərə yeni və artıq hazır Lamborghini modellərini təklif edərək, seçimlərində dəstək olurlar. 

F.Kreşçi qeyd edib ki, Bakıda açılışı olan yeni şou-rum “Lamborghini” şirkətini 2023-cü ildə başlayan elektrikləşdirilmiş avtomobillərin yeni dövründə müşayiət edəcək. 

Onun sözlərinə görə, hazırda “Lamborghini”nin EMEA regionunda 74 və dünyada 174 diler mərkəzi vardır.

“İtaliya idman avtomobillərinə uyğun olan böyük bir şəhər kimi Bakı “Lamborghini” üçün ən güclü şəhərlərdən biri olaraq qalır”, - deyə Kreşçi bildirib.

Bundan başqa, Kreşçi “Lamborghini”nin 2028-ci ildə tam elektrikli avtomobil modellərinin istehsal olunacağını da bildirib. 

Şirkətin Mərkəzi, Qərbi Avropa və MDB regionu üzrə rəhbəri Feliks Rongen əvvəlcə Bakı təəssüratlarından danışıb. O, Bakını müasirliklə tarixiliyin sintez olunduğu şəhər kimi xarakterizə edib. 

O, “Lamborghini Baku” şou-rumunun rəsmi olaraq açılışından çox məmnun olduğunu və bir uğur hekayəsinə başladıqlarına əminliklərini ifadə edib. 

Açılış mərasimində iştirak edən qonaqlar “Lamborghini Baku”nun ənənəvi qonaqpərvərliyinin unikallığını bildirən xoş atmosferdə qarşılanıb. 

“Lamborghini” avtomobilləri hazırda Bakıda Azərbaycan üçün eksklüziv əsasda təqdim olunur. 

Foto və video: media.lamborghini.com 

“Lamborghini” avtomobilləri haqqında məlumat: www.lamborghini.com 

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri