Okt
2022
16:37
200
67
3164
Virtual karabakh

“Westgold”u istehsal edən şirkətin rəhbəri ilk dəfə Azərbaycana gəldi

3 Okt, 2022
16:37
3164

“Westgold”u istehsal edən şirkətin rəhbəri ilk dəfə Azərbaycana gəldi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Keçən həftə Bakıda səfərdə olan “Westland Milk Products” şirkətinin CEO-su Riçard Uayet medianın suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

- Cənab Uayet, bildiyimiz qədər “Westgold”, kərə yağı istehsalını artırıb. Bu haqda məlumat verə bilərsinizmi?

- Sizləri salamlayıram və müsahibə üçün təşəkkür edirəm. Bildiyiniz kimi “Westgold” kərə yağları Yeni Zelandiyanın cənub adasında yerləşən “Westland Milk Products” şirkətində istehsal edilir.

Bir neçə ay öncə kərə yağı xətti yenilənib və genişləndikdən sonra istehsal həcmi illik 42 min tona çatdırııb. Bu isə faktiki olaraq kərə yağı istehsal həcminin 2 dəfə artırılması deməkdir.

- “Westgold” kərə yağı neçə ölkəyə ixrac edilir? 

- “Westgold” kərə yağı hal-hazırda 17 ölkəyə ixrac edilir. Bu ölkələrdən Yaponiyada “Westgold”, idxal olunan kərə yağları arasında 1-ci yerə çıxıb.
 
- Bəs “Westgold” kərə yağı hansı üsulla istehsal edilir?

- “Westgold” 19-cu əsrdən günümüzə qədər ənənəvi nehrə üsulu olan “Fritz Churn” metodu ilə hazırlanır. Bu da “Westgold” kərə yağının tam təbii və daha ləzzətli olmasını təmin edir. Qeyd edim ki, “Westgold” kərə yağı ilboyu açıq havada yamyaşıl çəmənlərdə otlayan inəklərin südündən hazırlanır.

“Westgold” kərə yağı Yeni Zelandiyada yerləşən “Westland Milk Products” şirkətində istehsal olunur və artıq 17 ildir ki, “Vest Produkt Marketing MMC” tərəfindən ölkəmizə idxal olunur.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri