Okt
2022
15:46
67
47
1445
Virtual karabakh

“Coca-Cola” “Women Scholarship for Engineers” layihəsinə başlayır - FOTO

4 Okt, 2022
15:46
1445

“Coca-Cola” “Women Scholarship for Engineers” layihəsinə başlayır - FOTO

“Coca-Cola” Azərbaycanda qadın mühəndislər üçün “Women Scholarship for Engineers” adlı yeni layihəyə start verir.

Layihənin məqsədi istehsalatda qadın mühəndislərin sayının artırılmasına, xüsusi texniki sahələrdə qadınların işlə təmin olunmasına və karyera inkişafına dəstək olmaqdır.

“Coca-Cola” Azərbaycanın baş direktoru Rəna Məmmədova ölkədə qadınların iqtisadi inkişafına önəm verdiklərini vurğulayıb:

“Azərbaycan cəmiyyətində qadınlar həmişə aktiv fəaliyyətdə olub. “Coca-Cola” şirkəti də öz növbəsində cəmiyyətin hər sahəsində qadınların iştirakını vacib hesab edir. Elə buna görə də şirkətimiz mühəndislik sahəsində təhsil alan qızlarımızın təcrübəli və ixtisaslaşmış mühəndislərə çevrilməyinə dəstək olmaq məqsədi ilə yeni layihəyə başlayıb. Bu proqram bizə istedadlı mühəndis qadınları şirkətimizə cəlb etməkdə kömək edəcək”. 

Layihəyə iştirakçıları cəlb etmək məqsədilə “Coca-Cola Azərbaycan” Bakı Mühəndislik Universiteti ilə anlaşma memorandumu imzalayıb.

Müqaviləyə əsasən mühəndislik istiqamətində təhsil alan, ingilis dili bilikləri, analitik düşünmə tərzi, komandada çalışma bacarığı olan çevik tələbələr layihəyə müraciət edə bilərlər. Seçim prosesi şirkətin məsul şəxsləri ilə müsahibə, eyni zamanda ingilis dili və məntiq biliyi üzrə test yolu ilə aparılacaq.

Seçilmiş namizədlərə “Coca-Cola” böyük fürsət təklif edir. Belə ki, proqram iştirakçıları 3 aylıq təqaüd və “Coca-Cola”nın Təchizat Sistemləri departamentində 6 aylıq ödənişli təcrübə imkanı qazanacaqlar.

Qeyd edək ki, bundan əvvəl “Coca-Cola” şirkəti Azərbaycanda fəaliyyət göstərən universitetlərin tələbələri üçün “Next Talent” adlı təqaüd əsaslı təcrübə proqramına start verib.

Xatırladaq ki, dünyanın ən nüfuzlu şirkətlərindən olan “Coca-Cola” Azərbaycanda 1994-cü ildən etibarən fəaliyyət göstərir. “Coca-Cola” məhsullarının Azərbaycanda istehsalçısı Türkiyənin “Coca-Cola İçecek” şirkəti tərəfindən təsis edilən “Azərbaycan Coca-Cola Bottlers LTD” MMC-dir. Ölkənin qeyri-neft sektorunun ilk və ən böyük investorlarından olan “Coca-Cola İçecek” 1996-cı ildə Sulutəpə qəsəbəsində istehsal zavodunu qurub.

 

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri