Okt
2022
16:14
175
47
1440
Virtual karabakh

Xətai rayonunda 5 oktyabr - Müəllimlər Günü qeyd olundu - FOTO

5 Okt, 2022
16:14
1440

Xətai rayonunda 5 oktyabr - Müəllimlər Günü qeyd olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər il olduğu kimi bu il də Xətai rayonunda 5 oktyabr - Müəllimlər günü qeyd olunub.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, rayon prokuroru Sərdar İmanov, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov və Təhsil Nazirliyinin şöbə müdirinin müavini Orxan Abbasov rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəb direktorları, müəllimlər, şəhid ataları,  rayon ağsaqqalları və ziyalılar iştirak ediblər. Tədbir iştirakçıları ulu öndərin abidəsini ziyarət ediblər. Daha sonra tədbir rayon ərazisində yerləşən şadlıq sarayların birində davam etdirilib.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev qeyd edib ki, təhsilə dövlət qayğısı ilbəil daha da artır. Belə ki, Prezidentin imzaladığı Dövlət Proqramına əsasən rayonda yerləşən demək olar ki, bütün məktəblər, uşaq bağçaları əsaslı şəkildə, müasir standartlara uyğun təmir olunur, idman meydançaları tikilir, idman avadanlıqları, fizika, kimya laboratoriyaları ilə təmin olunurlar. 

Əldə olunan nəticələrdən söz açan İcra Hakimiyyətinin başçısı bildirib ki, rayon hər zaman təhsil sahəsində böyük nailiyyətlərə imza atıb. Ötən tədris ili də istisna olmayıb. Belə ki, 2021-2022-ci tədris ilində ali məktəblərə sənəd verən 2861 nəfər məzundan, 2243 nəfəri (77%) tələbə adını qazanıb, 285 nəfər isə xarici universitetlərə qəbul olub. Bu da müəllimlərin, təhsil işçilərinin gərgin əməyinin bəhrəsidir. Keçən il bu rəqəm 75% olub. Bu il də keçən il olduğu kimi rayonumuzun ali məktəblərə qəbul faizi şəhər göstəricisindən yüksək olub. 50 nəfər məzunumuz 650 baldan yuxarı bal toplayıb, 4 məzun isə məktəbi qızıl medalla, 210 məzun fərqlənmə attestatı ilə bitirərək ali məktəblərə daxil olublar. 287 nömrəli Zəkalar liseyinin şagirdi İsgəndər Murad Nazim oğlu və Abbasova Aysel Faiq qızı Prezident təqaüdünə layiq görülüblər. Ali məktəblərə qəbul zamanı Xətai rayonunda 2 məktəb 100% nəticə, 4 məktəb isə 98% nəticə göstərib. Prezidentin sərəncamı ilə 2 müəllim “Əməkdar müəllim”, 1 müəllim “Tərəqqi medalı”, 2 şagird “Respublika Fənn olimpiadası I yer”, 2 şagird  SASMO (Sinqapur Beynəlxalq riyaziyyat olimpiadası) I və II yer, 2 şagird “Kenken” yapon məntiq riyaziyyat olimpiadasında II və III yer, 2 şagird Lütfizadə adına Məntiq Olimpiadasında III yer, 3 şagird 8-ci Amerika Beynəlxalq Riyaziyyat Olimpiadasında l yer, 6 şagird isə Beynəlxalq Sten Olimpiadasında l yerə layiq görülüblər.

Digər çıxış edənlər son illər ərzində respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar haqqında danışıblar.

Tədbirin sonunda Xətai Rayon İcra Hakimiyyəti tərəfindən əməkdə fərqlənmiş və yüksək nəticələr əldə etmiş məktəblərin müəllimlərinə qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim olunub.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri