Okt
2022
14:13
137
141
4099
Virtual karabakh

ZAFFERANO artıq Bakıda: Art-dizayn və “Flame Towers” göydələnlərinə mənzərə - FOTO/VİDEO

7 Okt, 2022
14:13
4099

ZAFFERANO artıq Bakıda: Art-dizayn və “Flame Towers” göydələnlərinə mənzərə - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın mərkəzində, “Dəniz Mall”un birinci mərtəbəsində müasir Azərbaycan mətbəxi təqdim edən yeni restoran qonaqpərvərliklə öz qapılarını müsafirlərinə açıb. 

“RESTAURANTS by EMIN AGALAROV” layihəsi – Moskvada çox məşhur olan “ZAFFERANO” restoranı ilk dəfə Bakıda təqdim olunub. Ünvan seçimi təsadüfi deyil: restoranın əsas zalından və terrasdan alov dillərini xatırladan məşhur “Flame Towers” göydələnlərinə möhtəşəm mənzərə açılır; qüllələr artıq şəhərin vizit-kartına çevrilib.   

ZAFFERANO-nun interyerinə görə cavabdehlik layihələrin əvəzolunmaz memarı Aleksey Fursov, mətbəxinə görə isə qastronomiya sahəsində 13 illik təcrübəyə malik olan brend-şef Maksim Qolovinə məxsusdur. O, 22 prezident üçün nahar hazırlayıb, həmçinin İtaliyada, Maltada, İsveçrədə, Rusiyada, Serbiyada, Qazaxıstanda və digər ölkələrdə Azərbaycan mətbəxini təmsil edib. Soenil Bahadoer kimi Mişlen ulduzlu aşpazlarla çalışıb. 10-dan çox kulinariya yarışında iştirak edib, 17 medalın sahibidir, onlardan 6-sı qızıl medal və 4-ü kubokdur. Brend-şef fermerlərlə fəal şəkildə işləyir və əsas diqqəti yerli məhsullara verir.     

ZAFFERANO restoranının dizaynı isti rəng çalarlarında işlənib: xəfif işıqlandırma, təbii materiallar və art-obyektlər kimi gözü yormayan nüanslar xüsusi ab-hava yaradır. İnteryer tərtibatı üzərində, o cümlədən məşhur müasir Azərbaycan rəssamı Samir Salahov da işləyib, ZAFFERANO divarlarını onun xüsusi olaraq bu layihə üçün yaratdığı rəsmləri bəzəyir. Rəssam öz əsərlərində Azərbaycanın zəngin tarixi irsinə müraciəti və müasir obrazları üzvi şəkildə birləşdirir. Məsələn, şərq miniatürlərindən heyvan təsvirləri Bakı memarlığının elementləri ilə tamamlanmışdır – ZAFFERANO-da digər işlərlə yanaşı, məhz belə əsəri də görmək olar.  

Restoran 215 nəfər qonağı və əlavə olaraq terrasda 40 nəfəri qəbul edə bilir. Mətbəx bölgənin qastronomiya ənənələrini müasir şəkildə əks etdirir və yerli fermer məhsullarına üstünlük verilir.  İlk növbədə, sevimli klassikanın dadına baxmağa dəyər – motal pendiri ilə gürzə, düşbərə, göyərti və quzu əti ilə kükü, eləcə də pxali və satsivi. Sibasdan sırdağ və ya quzu ətindən sac rahat mühitdə görüşmək üçün yaxşı bir səbəb ola bilər. Lavaş ilə Azərbaycan məzələri şərab siyahısı (şübhəsiz liderlər – Arthut Metz Selection Riesling 90, Saurus Malbec 80, Masciarelli Montepulcianod'Arbuzzo DOC 65, Chateau Nenin Pamerol 650) ilə əla uyğunluq təşkil edir. Barın siyahısı dəniz kənarındakı şəhərin ruhuna uyğundur – orada çoxlu mikslər, klassik (lavanda və ya manqo spritsləri) və orijinal (passion fruit tini, mexican watermelon) içkilər tapa bilərsiniz. 
 
Yeni restoranda müasir, eyni zamanda özünəməxsus “lampalı” məkan üslubu ideyası aydın və maraqlı mətbəxlə maksimum qayğı ilə və effektiv şəkildə təcəssüm edir – ZAFFERANO restoranı dəfələrlə qayıtmaq istədiyiniz məkana çevrilir. 

Azərbaycan, Bakı ş., “Dəniz Mall” TM, 1-ci mərtəbə

Telefon: 994 55 653 10 10

https://agalarovrest.com/restorany/zafferano-baku/

https://www.instagram.com/zafferanorest.baku/

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri