Okt
2022
11:04
16
113
1110
Virtual karabakh

Bakıda Fransanın “Lalique” manufakturasının yüzilliyi münasibətilə sərgi keçiriləcək - FOTO

7 Okt, 2022
11:04
1110

Bakıda Fransanın “Lalique” manufakturasının yüzilliyi münasibətilə sərgi keçiriləcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın “Lalique” Evi Elzasda manufakturasının açılmasının 100 illiyi münasibətilə Bakıda sərgi təşkil edəcək. Tədbir 8-9 oktyabr tarixlərində Müasir İncəsənət Muzeyində keçiriləcək.

“Lalique” brendinin ustaları fabrikin 100 illiyi münasibətilə “Into the blue” eksklüziv yubiley kolleksiyası yaradıblar. Kolleksiyanın bəzi eksponatları 8-9 oktyabrda sərgidə nümayiş etdiriləcək. Evin “Bacchantes” və “Champs-Élysées” vazaları kimi ikonik məhsulları yaradılmasının sirri Rene Lalikə məxsus olan tünd mavi rəngdə işlənib.

Nəvəsi xatırlayır ki, Rene 1930-cu ildə onu Şartr kilsəsinə aparıb vitraj şüşələrdə “mavi rəngin bir çox çalarından ibarət olan dünyanın ən gözəl mavi rəngini” göstərmişdi. Nəvəsi bu rəngin yaradılmasının qədim sirrinin itirildiyini öyrənəndə Rene Lalikdən onu yenidən yaratmağı və ona hədiyyə olaraq bu rəngdə üzük hazırlamağı xahiş etmişdi. O, bir il sonra istədiyi üzüyü hədiyyə aldı və manufaktura onlarla müxtəlif çalarlarda bərq vuran tünd-mavi rəngli məhsullar istehsal etməyə başladı.

Muzeyin dörd zalında keçiriləcək sərgini hər kəs ziyarət edə bilər. Birinci zalda manufakturaya həsr olunmuş film nümayiş etdiriləcək; ikinci zalda xüsusi kolleksiyanın eksponatları, üçüncü zalda isə “Lalique” Evinin bestsellerləri sərgilənəcək. Ziyarətçilər dördüncü zalda “Lalique” Evinin ustalarının iş zamanı çəkilmiş fotoşəkillərin köməyilə büllur şedevrlərin yaradılması prosesi ilə tanış ola bilərlər.

Sərgi aşağıdakı tarix və saatlarda ziyarətçilər üçün açıq olacaq:

• 8 oktyabr, saat 11:00-20:00

• 9 oktyabr, saat 11:00-14:00

“Lalique” Evi haqqında:

1922-ci ildə dahi fransız rəssamı Rene Lalik Elzasın mərkəzində manufaktura açdı. Bu yer bu günə qədər də dünyada “Lalique” brendinin büllur sənət əsərlərinin əl ilə hazırlandığı yeganə yer olaraq qalır. Ustad şüşənin öyrənilməsinə həsr etdiyi illər ərzində şüşə istehsalı ilə əlaqədar müxtəlif texnologiyalara görə 16 patent əldə edib. “Lalique” brendi yüz ildir bu sirləri qoruyub saxlayır və unikal üslubunu qoruyaraq təsisçisinin qoyduğu ənənələri hörmətlə davam etdirir.

1927-ci ildə Rene Lalikin hüdudsuz təxəyyülü və yaradıcı dühası “Bacchantes” kolleksiyasının yaradılmasına gətirib çıxardı və bu kolleksiya “Lalique” manufakturasının şəksiz simvoluna çevrildi. Bu məhsulların misilsiz gözəlliyi, möhtəşəmliyi və incəliyi yüz ildən sonra belə pərəstişkarları heyran etməyə davam edir. “Lalique” Evinin digər ikonik məhsulu qızılla bəzədilmiş zərif yarpaqlar şəklində hazırlanmış “Champs-Elysées” vazalarıdır.

“Lalique” brendinin şedevrləri əbədi sənət əsərləri hesab olunur. Onlar dünyanın ən məşhur muzey və qalereyalarında, eləcə də fərdi kolleksiyalarda fəxri yer tutur. Bu əsərlər öz dəyərini itirmir və sərfəli investisiya hesab edilir.  “Lalique” Evinin rəhbəri Roje von der Veyd deyir: “Böyük ustad Rene Lalikin bədii irsi tükənməzdir və bu, sadəcə sözlər deyil. Siz nəsildən-nəslə keçəcək sənət əsərləri əldə edirsiniz. Bu, bir növ gələcəyə sərmayədir”.

“Lalique” Evi Azərbaycanda:

Bakıda 28 May küç. 5C ünvanında yerləşən “Ambiance” butikində “Lalique” brendinin məhsulları ilə tanış ola və onları əldə edə bilərsiniz.

Məlumatları sosial şəbəkələrdə izləyin:

https://www.instagram.com/ambiance_baku/

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri