Okt
2022
12:18
42
86
2211
Virtual karabakh

“Chery” brendinin Azərbaycanda rəsmi təqdimat mərasimi keçirildi - FOTO/VİDEO

7 Okt, 2022
12:18
2211

“Chery” brendinin Azərbaycanda rəsmi təqdimat mərasimi keçirildi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

5 oktyabr tarixində “Efendiler Group”a yeni daxil olan “Chery” brendinin “Hilton” hotelində rəsmi təqdimat mərasimi keçirilib.

Təqdimatda bir sıra məşhur şəxslər iştirak ediblər. Qonaqlar “Chery Tiggo” modellərinin hər bir xüsusiyyəti ilə yaxından tanış olublar.

“Bu gün “Chery” brendinin Azərbaycanda yeni erasına start verilir. Biz qürur hissi ilə elan edirik ki, Çinin ən böyük avtomobil istehsalçılarından biri olan “Chery” brendi artıq “Efendiler Group”a daxildir”, - deyə “Efendiler Group”un İcraçı Direktoru Amal Əlili bildirib.

“Chery Automobiles” - 1997-ci ildə təsis olunub və artıq 25 ildir ki, fəaliyyət göstərir. Hal-hazırda “Chery” 80-dən çox ölkədə təmsil olunur və dünya üzrə 1500-dən çox satış mərkəzinə malikdir.

“Chery” ilə “Efendiler Group”un əməkdaşlığı 2021-ci ildə başlayıb. Azərbaycanda bu avtomobillərin və ehtiyat hissələrinin satışı, texniki xidməti Bakı şəhəri, Babək prospekti, 37 ünvanında həyata keçirilir.

Qeyd edək ki, hal-hazırda “Chery” şirkətinin ən son korporativ standartlarına uyğun satış mərkəzinin tikintisi davam edir və qısa zamanda təhvil veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri