Okt
2022
11:40
34
95
1115
Virtual karabakh

“Kontakt”ın reklamı beynəlxalq festivalda qalib gəldi - VİDEO

7 Okt, 2022
11:40
1115

“Kontakt”ın reklamı beynəlxalq festivalda qalib gəldi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Kontakt” mağazalar şəbəkəsinin “Kontakt: Yadplanetlilər tərəfindən qaçırılan Salman dayının hekayəsi” reklam filmi Mərkəzi Asiyanın kreativ sənaye təmsilçiləri arasında ən böyük və ən nüfuzlu festival hesab olunan “Red Jolbors”da 2 qızıl, 1 gümüş və 2 bürünc mükafata layiq görülüb.

Bundan başqa daha 2 nominasiya üzrə festival işləri arasında qısa siyahıya düşüb.

Ümumilikdə 350-dən çox müraciətin dəyərləndirildiyi 11-ci “Red Jolbors” festivalında hər il Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Azərbaycanın ən yaxşı marketinq agentlikləri və reklam həlləri yarışır. “Kontakt”ın reklam filmi bu ilki festivalda aşağıdakı kateqoriya və nominasiyalar üzrə yüksək nəticələr əldə edib:

Kateqoriya

Nominasiya

Mükafat

Marketinq

Marketinq strategiyasında mükəmməllik

Qızıl

Film

OLV (Onlayn video)

Qızıl

Marketinq

Brendinqli məzmun və əyləncə

Gümüş

SMM və Digital

Brend inteqrasiyası və məhsul yerləşməsi

Bürünc

Kampaniyalar

Kampaniya strategiyasında mükəmməllik

Bürünc

Kampaniyalar

SMM və Digital kampaniya

Qısa siyahı

SMM və Digital

Xüsusi layihə

Qısa siyahı

“Samsung Galaxy S22” smartfonu üçün çəkilən “Kontakt: Yadplanetlilər tərəfindən qaçırılan Salman dayının hekayəsi” reklam filmi Azərbaycan izləyiciləri tərəfindən də böyük maraqla qarşılanmışdı və həm sosial mediada, həm də yerli KİV-lərdə xeyli müzakirə olunmuşdu. Cəmi bir həftə ərzində reklam filmi 4 milyondan çox göstəriyə çatmış (impression), 1000 dəfədən çox paylaşılmışdı.

Reklam filmini bir daha nəzərinizə çatdırırıq:

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri