Okt
2022
12:42
34
34
1128
Virtual karabakh

“LG İnnovativ Mərkəzi Kondisioner Sistemlərinin Təqdimatı” mərasimi keçirildi - MÜSAHİBƏ + FOTO

7 Okt, 2022
12:42
1128

“LG İnnovativ Mərkəzi Kondisioner Sistemlərinin Təqdimatı” mərasimi keçirildi - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu yaxınlarda “Hilton” hoteldə “LG İnnovativ Mərkəzi Kondisioner Sistemlərinin Təqdimatı” mərasimi keçirildi.

Səmimi atmosferdə keçirilən möhtəşəm təqdimat mərasiminə keçməzdən öncə qeyd edək ki, tədbir “LG Electronics” şirkəti tərəfindən təşkil edilmişdir. Tədbirdə LG komandasının üzvləri ilə yanaşı LG-nin Azərbaycandakı partnyor şirkətlərin nümayəndələri iştirak etdilər.

Dünyanın qabaqcıl brendlərindən sayılan LG hər birimizin həyatına nüfuz etməyi bacaran, istehlakçılara təklif etdiyi yeniliklərlə haqlı olaraq dünya bazarında və yerli bazarda öz xüsusi çəkisi olan qlobal şirkətdir.

“LG Electronics” istehlakçıların həyatını rahatlaşdırmaq, daha yaxşı optimal həllər və yeni təcrübələr təqdim etmək üçün səylərini əsirgəmir.

“LG Electronics” iddialı qlobal biznes siyasəti ilə qlobal bazarlarda fəal rol oynayır. Şirkətin dünya üzrə 142-dən çox törəmə şirkəti var və 2020-ci ilin nəticələrinə əsasən onların təxminən 74.000 işçisi var.

Şirkət həmçinin qlobal problemlərə də biganə qalmır. İqlim dəyişikliyi və ətraf mühitin çirklənməsi kimi problemlərin ciddiliyini dərk edən LG 2030-cu ilə qədər “0 karbon” hədəfini qarşısına qoymaqla həssaslığını nümayiş etdirir. 

Tədbirdə ilk olaraq söz “LG Electronics” şirkətinin Cənubi Qafqaz üzrə direktoru Con Kimə verildi. Elə Con Kimin səmimi çıxışı da bütün tədbir boyu müsbət əhval-ruhiyyəni iştirakçılarına keçməsinə səbəb oldu.

Çıxışında şirkətin direktoru ilk növbədə tədbir iştirakçılarını salamlayıb hər birinə iştiraklarına görə təşəkkürlərini çatdırdı.

Daha sonra Con Kim “Multi V” innovativ hava həlli barədə məlumat verdi və beşinci nəsil sistemin enerji səmərəliliyini artırdığını və müştərilərə rahatlıq təmin etdiyini bildirdi.

“LG İnnovativ Mərkəzi Kondisioner Sistemlərinin Təqdimatı” mərasimində geniş bəhs olunan “Multi V” texnologiyası özündə qabaqcıl texnologiyaları birləşdirən inteqrasiya olunmuş həlldir.

Sözügedən texnologiya əməliyyat xərclərini minimuma endirməklə yanaşı, maksimum enerji səmərəliliyini təmin edir. “Multi V5” güclü hava təmizləyicisi və effektiv ventilyasiya sisteminə malik daxili qurğu ilə birlikdə müştərilərə və onların yaşadıqları binalara, hətta meşədəki kimi təmiz hava ilə nəfəs almağa imkan verən unikal bir sistemdir. Bu sistem innovativ texnologiya sayəsində dünyada ən yaxşı enerji səmərəliliyini təmin edir”.

Təqdimat mərasimindən sonra son söz “SmartOn” MMC-nin direktoru İqbal Cabbarova verildi.

Şirkətinin öz sahəsində dünya liderlərindən biri sayılan LG şirkətinin 30 ilə yaxın təmsilçisi olduğunu bildirən İ.Cabbarov LG komandasına təşəkkürünü bildirdi. O, şirkətlər arasında faydalı əməkdaşlığın qurulduğunu qeyd edib bütün partnyorlara minnətdarlığını ifadə etdi.

Tədbir LG şirkətinin partnyorlarına xüsusi sertifikatların təqdim olunması və əyləncəli lotereya ilə davam etdi.

Fürsətdən istifadə edib “LG Electronics”in direktoru Con Kimə şirkətin Azərbaycan bazarındakı rolu və planları barədə suallarımızı ünvanlaya bildik:

Azərbaycandakı LG Kondisioner sistemləri biznesi ilə bağlı ümumi baxışınız nədən ibarətdir? 

- Soyutma ilə bağlı problemlərin həlli hər bir müəssisənin önəmli hissəsidir, lakin uzunmüddətli həll yoluna getmək, komfort və enerji səmərəliliyi nəzərə alınması vacib olan əsas amillərdir.

Bunu nəzərə alaraq, biz biznes sahiblərinin ehtiyaclarına uyğun gələn, optimallaşdırılmış HVAC (isitmə, havalandırma və kondisionerləşdirmə) həllini təmin edən uzunmüddətli bir tərəfdaş olmaq istərdik. “LG Electronics” VRF və Tək Paket vahidlərindən bir sıra HVAC həlləri təklif edir.

2030-cu ilə qədər 0 karbon hədəfinə çatmaq məqsədilə bağlı qlobal səylərə nail olmaq üçün hansı addımlar atılır?

- LG qlobal ekoloji qayğılarla bağlı təlimatları dəstəkləyən həllər təqdim etməkdə öncüllük edir.

LG Kondisioner VRF sistemləri LG İnverter Kompressoru ilə təchiz olunub ki, bu da biznes və yaşayış məntəqələrinə tamamilə fərqli səviyyədə enerji qənaəti gətirir və müəyyən edilmiş temperatura çatdıqdan sonra işləmə diapazonunu avtomatik tənzimləməklə enerji səmərəliliyini maksimuma çatdırır. Sistem, təkcə dünya səviyyəli enerji səmərəliliyini təmin etməklə qalmayıb, soyutma rahatlığını da artırır.

LG Kondisioner sistemləri Azərbaycan bazarına hansı yenilikləri təklif edir?

- “LG Multi V 5” çoxmərtəbəli binalar üçün nəzərdə tutulmuş inteqrasiya olunmuş həlldir. Həll maksimum enerji səmərəliliyi və minimum əməliyyat xərcləri ilə əla soyutmanın və isitmənin təmin edilməsi üçün qabaqcıl texnologiyalardan istifadə edir. Azərbaycan bazarı üçün nəzərdə tutulmuş LG-nin bu kondisioner sistemi sizin ehtiyaclarınıza uyğun olan həlldən asılı olaraq yaşayış və kommersiya obyektlərinin ilboyu soyudulması və qızdırılması üçün komfort və rahatlıq təklif edir. “LG Multi V 5” konstruksiyası eksklüziv “LG Ocean Black Fin” istilik dəyişdiricisi sayəsində korroziyalı mühitlərdə yüksək performansı təmin edir. Bu dəyişdirici hətta korroziyalı maddələrlə zəngin mühitlərdə belə etibarlılığı və uzunömürlülüyü təmin edir.

Şirkət Azərbaycandakı istehlakçılarına nə vəd edir?

- LG, uzun müddətdir ki, bizneslərə daha əhatəli və səmərəli hava ilə bağlı problemlərin həlli texnologiyası əldə etməkdə köməklik göstərmək üzrə rekordun sahibidir. HVAC icmasından özümüz üçün dəyərli fikirləri götürmüşük. Özümüzü əməliyyat xərclərinin azaldılması və daha təhlükəsiz fiziki mühitin təşviqi kimi real biznes problemlərinə cavab olan həllər hazırlamağa həsr etmişik.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri