Noy
2022
09:50
112
30
1182
Virtual karabakh

“Baku Steel Company” QSC nüfuzlu beynəlxalq təşkilatın üzvü oldu

4 Noy, 2022
09:50
1182

“Baku Steel Company” QSC nüfuzlu beynəlxalq təşkilatın üzvü oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qafqazın ən böyük metallurgiya şirkəti “Baku Steel Company” QSC dünya metallurqlarının nüfuzlu beynəlxalq təşkilatı hesab edilən “World Steel Association”a (Dünya Polad Assosiasiyası, qısaca - “worldsteel”) müntəzəm üzvlüyə qəbul olunub.

Bununla bağlı təşkilatın 2022-ci ilin 17-18 oktyabr tarixlərində Brüsseldə Üzvlər Şurasının iştirakı ilə keçirilən ümumi yığıncağında qərar qəbul edilib.

Dünyanın ən iri və dinamik sənaye assosiasiyalarından biri olan “worldsteel”ə yalnız nəhəng polad istehsalçıları üzv qəbul olunur. “Baku Steel Company” QSC isə Cənubi Qafqazda bu təşkilata üzv olan yeganə Azərbaycan şirkətidir. Bundan əlavə, şirkətin Baş direktoru Kamal İbrahimov Assosiasiyanın Üzvlər Şurasının (Board of Members) tərkibinə qəbul edilib.

Qeyd edək ki, “worldsteel” sıralarında 170-dən çox polad istehsalçısını, milli və regional sənaye assosiasiya və tədqiqat institutlarını birləşdirən qeyri-kommersiya təşkilatıdır və mərkəzi qərargahı Belçikanın paytaxtı Brüssel şəhərində yerləşir. Dünya üzrə polad istehsalının təxminən 85%-i məhz bu Assosiasiyanın üzvlərinin payına düşür. Artıq 55 ildir fəaliyyət göstərən “worldsteel” hazırda Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Şurasında məsləhətçi statusuna malikdir. Polad sənayesi üçün beynəlxalq mərkəz rolunda çıxış edən “worldsteel” üzvlərinə bir sıra sahələrdə dəstək olur, bizneslərinin inkişafına imkanlar yaradır. Bu məqsədlə müxtəlif proqramlar həyata keçirən Assosiasiyaya üzvlük ”Baku Steel Company” QSC-yə həmçinin, təşkilatın dünya və regional polad istehsalı ilə bağlı hazırladığı statistik və ümumi hesabatlarını əldə etməyə, əməkdaşların komitələrdə üzvlüyünə, qlobal polad istehsalçılarının ümumi şəbəkəsində, eləcə də dünyanın qabaqcıl polad istehsalçılarının qatıldığı konfrans və tədbirlərində iştirakına imkan yaradacaq.

Xatırladaq ki, “Baku Steel Company” QSC hazırda yüksək keyfiyyətdə armatur, katanka (məftil), dairəvi çubuqlar, kvadrat və dairəvi pəstahlar, tikişsiz borular, habelə çeşidli fasonlu tökmələr istehsal edir. Fəaliyyət göstərdiyi 20 ildən artıq dövrdə nəinki Azərbaycanın, bütün Qafqaz regionun tanınmış brendinə çevrilə bilən şirkətin məhsulları yerli bazarda böyük tələbatla satılmaqla yanaşı Avropa, Amerika və Asiyanın ümumilikdə 20-dən çox ölkəsinə ixrac olunur.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri