15 
Noy
2022
12:58
47
17
549
Virtual karabakh

“Unibank” KB “Bank of New York Mellon”da müxbir hesabı açıb

15 Noy, 2022
12:58
549

“Unibank” KB “Bank of New York Mellon”da müxbir hesabı açıb

“Unibank” Kommersiya Bankı (KB) “Bank of New York Mellon”da müxbir hesabı açıb. Bu, “Unibank”ın beynəlxalq hesablaşmalarda fəaliyyətini genişləndirilməsinə, eyni zamanda beynəlxalq pulköçürmə xidmətlərinin təşviqinə xidmət edəcək.

“Unibank” KB İdarə Heyətinin sədri Faiq Hüseynov bu müqaviləni yüksək qiymətləndirib: “Bu əməkdaşlıq “Unibank”ın xarici maliyyə institutları ilə əlaqələrinin genişləndirilməsi istiqamətində  atdığı növbəti uğurlu addımlardan biridir. Bankımız qarşıya qoyulan bütün beynəlxalq prosedurları uğurla icra edərək, müştərilərimiz üçün çox əhəmiyyətli olan bu əməkdaşlığın əldə olunmasına nail oldu. Bu müqavilə həm də bankımıza olan yüksək etimadın göstəricisidir. Xidmətləri beynəlxalq arenada genişləndirməyimiz müştərilərimizin, eyni zamanda kiçik və orta sahibkarlığın və mikro biznesin ölkə xaricinə köçürmələrini, ödənişlərini daha da asanlaşdıracaq”.

Qeyd edək ki, Amerika bankında birbaşa müxbir hesab “Unibank” müştərilərinə transsərhəd ödənişlər üçün ABŞ dolları ilə daha çevik və səmərəli hesablaşmalar aparmağa və komissiya xərclərini azaltmağa imkan verəcək.

Unibank haqqında

“Unibank” KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Azərbaycanın iri özəl banklarından biridir. Bank paytaxtda və regionlarda geniş xidmət şəbəkəsinə malikdir. 30 ildir fəaliyyət göstərən “Unibank”, 1,5 milyondan çox fərdi və korporativ müştəriyə xidmət göstərir. “Unibank” uğurlu kommersiya fəaliyyətinə və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb. Bank haqqında ətraflı https://unibank.az/ səhifəsindən öyrənə bilərsiniz.

“Unibank” - Sənin Bankın! 

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri