18 
Noy
2022
11:57
39
36
1679
Virtual karabakh

Bank BTB-də yeni vakansiya

18 Noy, 2022
11:57
1679

Bank BTB-də yeni vakansiya

Bank “BTB” ASC İnformasiya Texnologiyaları departamenti üzrə Şəbəkə inzibatçısı vəzifəsinə işə qəbul elan edir.

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir. 

Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

İnformasiya Texnologiyaları departamenti üzrə Şəbəkə inzibatçısı

İşçiyə tələblər:

- Ali təhsil (Texniki ixtisaslara üstünlük verilə bilər);
- Tələb olunan sahə üzrə minimum 3 (üç) il iş təcrübəsi;
- LAN/WAN texnologiyaları üzrə mükəmməl bilik;
- CCNA, CCNP səviyyəsində biliklərə malik olmaq (sertifikatların olması arzuolunandır);
- Cisco (switch, router, firewall) avadanlıqları konfiqurasiya, sazlanması və quraşdırılması üzrə iş təcrübəsi;
- Telefoniya sisteminə nəzarət etmək və yaranan problemlərə qarşı lazımi tədbirlər görmək;
- Şəbəkənin yüklənilməsi və trafikin optimallaşdırılması;
- Şəbəkədəki nasazlıqların və pozuntuların səbəblərini təhlil etmək, onların aradan qaldırılması, qarşısının alınması və bərpası;
- Xarici, daxili və beynəlxalq rabitə və internet çıxışlarını təmin etmək və fəaliyyətinə nəzarət etmək;
- Monitorinq sistemi vasitəsilə infrastrukturun şəbəkə elementlərinə nəzarət aparmaq;
- Komandada işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Azərbaycan dilində 21 Dekabr, 2022-ci il tarixinədək [email protected]  elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını e-mail-in mövzu hissəsində (Şəbəkə inzibatçısı) göstərməyiniz xahiş olunur.

Digər vakansiyalarla tanış olmaq istəyənlər Bank BTB-nin rəsmi saytına daxil ola bilərlər https://www.btb.az/az/vacancies

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri