23 
Noy
2022
11:14
37
33
699
Virtual karabakh

“Azercell” kampaniyaları “Felis Azərbaycan”da 9 mükafat qazandı!

23 Noy, 2022
11:14
699

“Azercell” kampaniyaları “Felis Azərbaycan”da 9 mükafat qazandı!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirkətin həyata keçirdiyi üç marketinq kampaniyası müxtəlif nominasiyalar üzrə mükafata layiq görülüb.

Ölkənin lider mobil operatoru “Azercell Telekom” reklam və marketinq sahəsində effektiv və yaradıcı əməyi qiymətləndirən “Felis Azərbaycan” tərəfindən yüksək dəyərləndirilib. İstanbulda təşkil olunan yarışma bu il ilk dəfə olaraq Azərbaycanı da əhatə edib. Beləliklə, Azərbaycandan qatılan “Azercell” həyata keçirdiyi son üç böyük kampaniyaya görə 9 mükafata layiq görülüb:

- “İstəSən” tarifi kampaniyası: iki qızıl və iki gümüş mükafat;
- “Azercell 25 il” kampaniyası: üç gümüş mükafat;
- “Nizami Gəncəvi İli” kampaniyası: iki bürünc mükafat. 

Qeyd edək ki, “Felis Mükafatları” 17 ildir ki, Türkiyədə reklam və marketinq sektorunda innovativ yanaşma və kreativlik baxımından fərqlənən layihələrin dəyərləndirilməsini həyata keçirir. 2022-ci ildə müsabiqə Azərbaycan üzrə də təşkil edilib. Ölkəmizdə fəaliyyət göstərən reklam və marketinq sənayesinin yaradıcı şirkətləri 7 bölmə və 43 kateqoriya üzrə yarışmada iştirak ediblər. Marketinq sahəsində özünəməxsus yanaşması ilə seçilən və dəfələrlə beynəlxalq müsabiqələrdən mükafatlarla qayıdan “Azercell Telekom”un həyata keçirdiyi işlərin bu festivalda da fərqlənməsi təqdirəlayiq haldır.  

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri